Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO

Tarix 21.10.25, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən “Azerbaijan Refinery Company” QSC-nin təkər emalı zavodunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

AzFakt.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyektdə yanğın su hovuzu və yanğın su hidrantları mövcud deyil, həmçinin daxili yanğın kranları quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- istehsalat və inzibati bina istilik və havalandırma (ventilyasiya) sistemləri ilə təmin edilməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam komplektləşdirilməyib;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib və siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən “Azerbaijan Refinery Company” QSC-nin təkər emalı zavodunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.





Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap