Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

Tovuzda tarixi abidələrin yerləşdiyi ərazi hərraca çıxarılıb? – “Rəhmətə gedən bələdiyyə sədrinin imzası ilə...”

Tarix 23.09.22, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


“Kəndimizin Qala düzü adlanan ərazisində yerləşən tarixi abidələr bir neçə ildir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən, rəhmətə gedən bələdiyyə sədrinin imzasından istifadə edilərək, saxta hərrac yolu ilə satılıb”.

Bu barədə Tovuz rayonundan redaksiyamıza göndərilən məktubda bildirilir.

Həmin müraciəti kiçik ixtisarlarla təqdim edirik: ““Şəhərgah” abidə kompleksi Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarıyla yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb və inventar nömrəsi - 6045, 6046 və 6050-dir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları qeyd olunan ərazidə araşdırma aparan zaman orada orta əsrlərə aid yaşayış evi tapılıb. Ancaq daha sonra bu tarixi abidələr saxta yollarla Mirzəyev Həsən adlı şəxsə satılıb. Guya hərrac komissiyasında torpaq müsabiqəsi keçirilib və müvafiq qərar qəbul olunub. Bu barədə əlimizdə rəsmi, lakin saxta məzmunlu məktub da var. Çoxsaylı şikayətlərimizdən sonra, Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun təsiri altından çıxa bilməyən, aidiyyəti qurumlar həmin tarixi abidələrin indi də Süleymanova Rasimə İsgəndər qızına məxsus olduğunu bildirirlər. Tovuzçay su anbarının kənarında yerləşən bu ərazidə ictimai iaşə obyektlərinin inşası nəzərdə tutulub. Ərazidə çəpərləmə işləri aparılıb və ağır texnikalarla abidələrin bir qismi dağıdılıb.

Həmçinin nəzərənizə çatdırmaq istəyirəm ki, Tovuz rayon Vahidli kənd Bələdiyyəsinin sədri Sədi Rüstəmov əvvəlcə kəndin ərazisindəki bütün torpaqları öz yaxın qohumlarının adına keçirib. Həmin ərazilərin birbaşa kənar şəxslərə satılması mümkün olmadığına görə, o, həmin torpaqları saxta kadastr sənədləri ilə rayonun imkanlı şəxslərinə satıb. Bu alqı-satqılar barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Şöbəsinə hesabat verilməyib. Çünki banka heç bir rüsum ödənilməyib.

Mən bu işin Respublika Baş Prokurorluğunda araşdırılmasını, tamahkarlıq məqsədilə abidələrimizi məhv edən Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və Vahidli Bələdiyyəsinin sədri Sədi Rüstəmov barəsində müvafiq tədbir görülməsini xahiş edirəm”.



Xəbərin oxunma sayı : 1378

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap