“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tramp “neft şahmatın”da uduzur: o, Səudiyyə Ərəbistanını hər an qurban verə bilər

Tarix 24.04.20, 19:23

Font ölçüsü : - / +
bitmap-img6


Mehmet Ali Güller

“Cumhuriyet” qəzeti, 23 aprel 2020-ci il

Bu müharibəyə 4 aprel tarixində yazdığımız məqalədə “2020-Neft şahmatı” adını vermiş və oyunu qısaca belə izah etmişdik: “Əsl oyunçuları Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı olan bu oyunda Putinin strateji həmlələri oyunun sonunu gətirəcək kimi görünür. Səudiyyə Ərəbistanı bu oyunda mat olmamağa və ABŞ da Rusiyanı bərabərliyə razı salmağa çalışır”.

4 apreldən bu yana oyunda iki dəyişiklik oldu –  birincisi, “OPEC+” ölkələri 1 may tarixindən etibarən günlük 10 milyon barel neft hasilatını azaltmaq qərarına gəldilər; ikincisi, ABŞ-da neft qiyməti mənfiyə düşdü.

Bu isə ABŞ-ın Rusiyanı bərabərliyə razı sala bilmədiyini, əksinə, Səudiyyədən istifadə edərək, rus iqtisadiyyatını hədəf aldığı bu oyunda özünün tələyə düşdüyünu açıqca göstərdi. Bəs ABŞ düşdüyü bu “tələ”dən necə çıxacaq?  Yəqin ki, buna görə Səudiyyə Ərəbistanını fəda edib-etməyəcəyi barədə uzun bir müddət düşünməli olacaq. Bəs necə? İzah edək.

Ağ Ev və Səud Sarayı Kremlə qarşı

Böhran necə başlamışdı? Koronavirus pandemiyası ilə birlikdə Çinin neftə olan tələbi azaldı və bununla bərabər, bir neçə səbəb ucbatından neftə olan qlobal tələb bu ilin əvvəlində düşməyə başladı. Bu da öz növbəsində qiymətlərin enməsinə gətirib çıxardı. Səudiyyə Ərəbistanı qiymətlərin enməsinin qarşısını almaq üçün daxili istehsalı azaltmağı qərara aldı. Ancaq Rusiya buna razı olmadı.

Səudiyyə Ərəbistanı da  Rusiyanın bu davranışından sonra hücuma keçdi və ABŞ-ın dəstəyi ilə  daxili istehsalı artırmağa başladı. Ağ Ev və Səud Sarayının düşüncəsinə görə, Rusiyanın iqtisadiyyatı əsasən təbii qaz və neftdən asılı olduğuna görə, qiymətlərin bir anda aşağı enməsinə tab gətirə bilməyəcəkdi.

Ancaq Moskva qiymətlərin bir anda enməsinə dözümlülük göstərdi və Avropa bazarında öz payını artırmaq istəyən amerikalı şist neft  ixracatçılarını “yüksək vəsait” lə çətin vəziyyətə saldı.

Kremli oyundan kənara çıxara bilmədilər

Bu müddət ərzində Vaşinqton, Riyad və Moskva üçbucağında yeni bir razılaşma yarandı. Edilməyən və ertələnən konfransların sonunda bütün tərəflər (23 OPEC+ üzvləri)  1 may tarixindən etibarən, günlük 10 milyon barel neft  hasilatını azaldacaqdılar.

Razılaşmanı müsbət qiymətləndirən ABŞ Prezidenti Donald Tramp “Bu razılaşma ABŞ-da minlərlə enerji sərfiyyatının qarşısını alacaq” deyirdi (12.04.2020-ci il).

Rusiyanın Energetika naziri Aleksandr Novak razılaşma müqaviləsinə verdiyi şərhdə bütün diqqətləri oynanılan neft şahmatına yönəldir – “Rusiyanı oynanılan neft şahmatından kənara çıxarmaq planları baş tutmadı” (13.04.2020-ci il).

Bəli, belə bir razılaşma olmuşdu, ancaq bu razılaşmanın ABŞ və Səudiyyə Ərəbistanına sərf etməyəcəyi qısa müddət ərzində ortaya çıxdı. Çünki neftin qiyməti istənilən həddə qədər yüksəlmədi.

Tarixdə ilk: neftin qiyməti sıfırın altına düşdü

Hətta “Qərbi Texas” markalı xam neftinin “may ayı vədəli” qiyməti 20 apreldə mənfiyə düşdü. Bu, neft tarixində bir ilk idi.

Neftin qiymətinin sıfırın altına düşməsində əsasən iki amil iştirak edirdi – birincisi, amerikalı neft istehsalçıları tələb olunmayan nefti öz zərərlərinə istehsal etməyə davam edirdilər; ikincisi, istehsal edilən tonlarla nefti  depolayacaq anbarlar yox idi. Bu, ABŞ-ın neft sənayesini ciddi çətinliyə salırdı. Çünki çıxış yolu tapılmazsa, may kontraktlarında yaşanan bu mənzərə iyun ayınadək davam edə bilərdi.

Trampa görə isə yaranan problemin əsas qaynağı karantin səbəbindən maşın sürə bilməyən sürücülər və yanacaqla çalışan fabriklərin qapalı olması idi (21.04.2020-ci il).

Halbuki problemin qaynağı heç də karantin deyildi.  Karantin, sadəcə olaraq, iqtisadi fəaliyyətlərin dayanmasını daha da böyütmüşdü. Problemin əsas qaynağı isə ABŞ və Səudiyyə Ərəbistanının Rusiyaya  neft müharibəsi elan etməsiydi.

Texaslı neft istehsalçıları Səudiyyə Ərəbistanından neft idxalının qadağan olunmasını tələb edirdilər. Onlara görə, Səudiyyə Ərəbistanı ABŞ-a neft nəqlini 4 dəfəyə qədər artırıb ki, bu da yerli şirkətlərin birjalardan çıxmasına gətirib.

Şirkətlərin neft birjalarından çıxması bu mənanı verirdi – ABŞ qiymətləri aşağı salaraq, rus iqtisadiyyatına zərbə endirməsi üçün  Səudiyyə Ərəbistanını  daxili istehsalı artırmağa təşviq etmiş, bu ölkənin istehsal etdiyi malları almağa başlamışdı.  Təbii ki, bu da texaslı şirkətlərə güclü zərbə vurmuş olurdu.

Yəni, ABŞ rəqibinin şahını mat etmək istəyərkən, özünə verilən “mat” gedişini son anda gördü.

Küncə sıxışdırılan Tramp təcili xam neft ehtiyatlarını daha da doldurmağı və bunun üçün daha da çox neft almaq gərəkdiyini açıqladı. Ancaq bu, kifayət etmirdi. Onsuz da neft anbarları da ağzına kimi dolmuşdu.

Təzyiq altında qalan Tramp texaslı şirkət rəhbərlərinin Səudiyyə Ərəbistanından gələn neftin qadağan olunması tələbini  düşünüb, qiymətləndirəcəyini vəd etdi (21.04.2020-ci il).

ABŞ-ın Energetika naziri Denni Brouillette də Trampın bu vəziyyəti nəzərdən keçirdiyini  və Səudiyyənin neft idxalını dayandırmaq seçimini qiymətləndirəcəyini  bəyan etdi (21.04.2020-ci il).

İndi isə oturub, növbəti həmlənin necə olacağını izləyək. ABŞ Rusiyanı mat etmək üçün irəli sürdüyü Səudiyyə Ərəbistanını indi boş yerə fəda edəcəkmi? 

Putin isə qollarını çarpazlayıb, küncə sıxışan rəqibinin növbəti məğlub həmləsini gözləyir.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 253




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap