“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tramp xaricdən yardım istəməyə hazır olduğunu bildirib - Korrupsiya ilə mübarizədə

Tarix 04.10.19, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp korrupsiya son qoymaq üçün hətta xarici dövlətlərdən yardım istəməyə belə hazır olduğunu bildirib.

Bu barədə Donald Tramp özünün “Twitter” səhifəsində yazıb: “Prezident kimi mənim borcum xarici dövlətdən və ya dövlətlərdən yardım istəmək bahasına olsa belə, ABŞ-da korrupsiyaya son qoymaqdır”.

Donald Tramp bəyan edib ki, bunun siyasətlə və ya Cozef Baydenə qarşı siyasi kampaniya ilə heç bir əlaqəsi yoxdur.

ABŞ prezidenti, həmçinin ölkənin sabiq vitse-prezidenti Cozef Baydenin və onun “Burisma” kompaniyasında işləyən oğlu Hanter Baydenin Ukraynadakı fəaliyyətinin təhqiq olunmasını istədiyini bildirib. Donald Tramp Çinin də Baydenlərə qarşı təhqiqata başlamalı olduğunu deyib. Onun sözlərinə görə, oğul Bayden Ukrayna və Çindən milyonlar alıb.

Xatırladaq ki, Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında bu mövzuda telefon danışığı ABŞ konqresində Birləşmiş Ştatlar liderinin impiçmenti prosedurunun başlamasına səbəb olub. İddialara görə, Donald Tramp Zelenskidən Kiyevə maliyyə və hərbi yardım əvəzində Cozef Baydenin oğlunun Ukraynadakı fəaliyyətinə dair təhqiqata başlamağı xahiş edib. Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Trampın əsas rəqibi sayılır.

ABŞ prezidenti isə öz növbəsində ona qarşı başlanmış impiçment prosedurunu dövlət çevrilişi cəhdi adlandırıb(azərtac).



Xəbərin oxunma sayı : 664




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap