Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

UEFA-nın vitse-prezidenti: “Bərpa olunmayan liqalara cəza tətbiq edilməyəcək”

Tarix 03.04.20, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


UEFA koronavirus pandemiyası üzündən dayandırılıb, sonradan bərpa olunmayan liqalara cəza tətbiq etməyəcək.

Bunu UEFA-nın vitse-prezidenti Mişel Uva açıqlayıb.

O bildirib ki, yarımçıq qalan çempionatın nəticələrini yekun kimi tanıyan ölkələrin klubları avrokuboklara buraxılacaq: “İnsanların həyatı və sağlamlığı naminə verilən qərarlar heç bir neqativ nəticə ilə yekunlaşmamalıdır. Bu üzdən də milli assosiasiyaların turnirləri bitirib-bitirməməsi ilə bağlı hər hansı ölçü götürülməyəcək.  Bundan başqa, çempionatların bitmə tarixi pandemiyanın müxtəlif ölkələrdəki yayılma sürətinə görə bir-birindən çox fərqlənə bilər. Əgər klublar məşq keçmək və oynamağın təhlükəli olması barədə qərar qəbul etsə, bu ölkələrdə idman tədbirlərinin keçirilməsi ilə bağlı hökumət qərarları olmasa belə, həmin komandalar avrokuboklarda oynamaq şansını itirməyəcək. Avrokubokların iştirakçılarının necə müəyyənləşəcəyi üzərində işləyirik”.

Qeyd edək ki, Belçika çempionatı bərpa olunmayacağını və indiki turnir cədvəlini yekun kimi tanıyacağını açıqlayıb. Bundan sonra belə addım atan ölkələrin avrokuboklara buraxılmaması növbəti dəfə gündəmə gəlib. (Apasport.az)



Xəbərin oxunma sayı : 178




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap