“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Uyğurları çinlilərlə evləndirmək siyasəti - Çin siyasi problemi qohumluqla həll etmək istəyir

Tarix 23.11.22, 14:21

Font ölçüsü : - / +
bitmap-img6


Uyğurların kökünü kəsmək üçün soyqırımı həyata keçirən Çin hökuməti başqa yollara da əl atır. Söhbət uyğurların assimilyasiyaya uğradılmasından gedir.

Novator.az-ın məlumatına görə, mərkəzi ofisi Vaşinqtonda yerləşən İnsan Hüquqları üzrə Uyğur Layihəsinin (Uyghur Human Rights Project) yaydığı yeni hesabatda deyilir ki, Çində uyğur qızları çinli oğlanlarla evləndirmək siyasəti yürüdülür.

Bildirilir ki, bu siyasət istər təbliğat-təşviqatla, istərsə də zorakı yolla reallaşdırılır. Yəni bir yandan hökumət uyğur qızları çinli oğlanlarla evlənməyə həvəsləndirir, şirnikləndirir, o biri yandan həm də təhrik edir. Ona görə İnsan Hüquqları üzrə Uyğur Layihəsi bu siyasəti assimilyasiya, eyni zamanda gender zorakılığı kimi qiymətləndirir.

Hesabatda vurğulanır ki, Çini idarə edən Kommunist Partiyasının məsul şəxsləri bu prosesdə fəal iştirak edirlər.

Bəzi rəsmi məruzələrə, direktivlərə, dövlətin təsdiqlədiyi nikah şəhadətnamələrinə, toylar haqda KİV-də və sosial şəbəkələrdə yayılmış məlumatlara, mühacirət etmiş bir sıra uyğur xanımların ifadələrinə əsaslanan İnsan Hüquqları üzrə Uyğur Layihəsi assimilyasiya cəhdləri, məcburi və şirnikləndirici izdivaclar haqda çoxsaylı dəlil-sübutların toplandığını qeyd edir.

Hesabatda vurğulanır ki, xüsusilə Sincan Uyğur Muxtar Rayonunda həyata keçirilən məcburi evliliklər, məkrli siyasətin tərkib hissəsi olduğu üçün motivasiyalı izdivaclar da beynəlxalq insan hüquqları standartlarına ziddir və gender cinayətlərinin bir formasıdır.

İnsan Hüquqları üzrə Uyğur Layihəsi qadınların hüquqlarını qoruyan təşkilatları, o cümlədən BMT-nin Qadınlara Münasibətdə Ayrı-seçkiliyin Ləğv Olunması üzrə Komitəsini Sincan bölgəsindəki gender cinayətlərinə reaksiya verməyə, uyğurları çinlilərlə nikaha girməyə təhrik edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində addımlar atmağa çağırıb.



Xəbərin oxunma sayı : 706




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap