Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vətən Müharibəsində şəhid olan baş leytenant Mahir Dadaşzadə - Aprel və Tovuz döyüşlərində də iştirak edib (VİDEO)

Tarix 25.11.20, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


Xeyli sayda döyüş yoldaşını ölümdən xilas edən qəhrəman döyüşçü bu gün həyatda yoxdur. Baku TV xəbər verir ki, 44 günlük müharibənin 15 gününü döyüşən baş leytenant qəhrəmancasına şəhid olub.

Şəhid zabitimiz döyüş zamanı onlarla əsgərin həyatını xilas edib. Mahir tapdığı yolla ona inanan çox sayda əsgəri bir güllə yarası belə almadan təyinat nöqtəsinə çatdırıb.

Mahir Dadaşzadə orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra 2007-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Mahir orta məktəbdə oxuyan zaman idmanla məşğul olub. İdman yarışlarında dəfələrlə medal qazanan Mahirə el arasında Tayson deyirdilər.

Beyləqan rayonunda yaşayan Dadaşzadələr ailəsi indi qəhrəman övladları ilə fəxr edir. Mahir Aprel və Tovuz döyüşlərində də iştirak edib.

Ermənistanın təslim olmasından cəmi bir neçə gün əvvəl Mahir döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

 





Xəbərin oxunma sayı : 1882




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap