Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcək? - Açıqlama

Tarix 16.01.21, 19:49

Font ölçüsü : - / +
bitmap-img6


Baş Dövlət Yol Polisi İdarəsi yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışın hansı şərtlərlə icazə veriləcəyini açıqlayıb.

İdarədən verilən məlumata görə,  18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi orqanların əməkdaşlarına xidməti vəsiqə (ezamiyyə vərəqəsi), diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına, habelə onların yerli heyətinə müvafiq akkreditasiya kartları əsasında, eləcə də qərarda göstərilən digər şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək.

İdarə bütün hərəkət iştirakçılarının nəzərinə çatdırırıb ki, qeyd olunan şəhər və rayonların  (kənd və qəsəbələr istisna olmaqla), həmçinin paytaxtın giriş-çıxışlarında qurulan karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər 2021-ci il yanvarın 25-dək davam etdiriləcək və müvafiq icazəsi olmayan şəxslər həmin postlardan buraxılmayacaq/APA.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap