“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

YAP-çı deputat Toliklə bağlı qalmaqal haqda: “Ona hörmətim var”

Tarix 07.08.19, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayevin, Tarix Əliyev (Tolik) və digər onun kimi insanların YAP-a üzv olmasına etiraz  etməsi xəbəri yayılmışdı. 

Məsələ ilə bağlı prodüsser Tarix Əliyev “Yeni Sabah”a açıqlamasında özünün deputatla danışdığını, onun belə bir fikir səsləndirmədiyini bildirib:

“Mən Tahir müəllim haqqında danışmayacağam, özü ilə əlaqə saxlayın, o sizə hər şeyi deyəcək. Mən özüm dünən onunla əlaqə saxladım, dedi ki, “Mənim fikirlərimi jurnalist düzgün izah etməyib, mənim sənə böyük hörmətim var”. 

Mən bu haqda danışmayacağam, birincisi ona görə ki, 70 yaşında ağsaqqaldı, yaşda məndən böyükdür. İkincisi isə, o elə söz deməyib”.

Məsələyə deputat Tahir Rzayev də aydınlıq gətirib:

“O sözü mən deməmişəm, mənim sözümü təhrif ediblər.  Sözümü təhrif edən jurnalistlə də danışdım, ona dedim ki, “Bir də belə şey olmasın”.  Tarix Əliyev özü də mənə zəng etmişdi. Düzü, mən sadə adamların şəxsi məsələsinə qarışan deyiləm.  Jurnalist mənə sualı ünvanlayanda  bir neçə şəxsin də adını çəkdi ki, bunlar “belədir”.  

Mənsə dedim ki, “Bilirsiziniz nə var,  hər bir adamın özünün şəxsi işi var, şəxsi dünyagörüşü var”. O sözümü təhrif olunmuş şəkildə yazıblar.  

Həmin xəbərlərdən sonra jurnalistə zəng edib iradımı bildirdim, belə şeylər etməmələrini söylədim. Bunlar jurnalistə xas olan məsələlər deyil, çünki hər bir insan özünün dünyagörüşünə görə, özünün əqidəsinə görə yaşayır. Əlbəttə ki, bütün cəmiyyətlərdə  müəyyən qüsurlar var. 

Kommunist partiyası dövründə də kommunist partiyasının bəzi üzvlərində  nöqsanlar olub,  indi ola  bilər ki, hansısa  siyasi təşkilatın, partiyanın üzvlərində də olsun.  Amma bu mənim vəzifəm deyil axı. Hər bir partiyanın öz nizamnaməsi var, o nizamnamə əsasında  üzvlər seçilə bilər.

O xəbəri təhrif olunmuş formada vermişdilər. Jurnalistə bildirdim ki, olmaz axı belə şeylər, kim olur olsun, o  insandır, özü də o da jurnalistdir sizin kimi. 

Mən axı belə bir şey demərəm, bu mənim əxlaqıma uyğun deyil.  Kim  haqqındasa belə kobud ifadələr işlətmərəm.  Bu yalan məsələdir, mən belə sözlər işlətməmişəm”. 



Xəbərin oxunma sayı : 367




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap