“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yeni Baş Nazirin ilk xarici səfəri – Əli Əsədov MDB hökumət başçılarının iclasına qatılıb

Tarix 25.10.19, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Moskvada MDB Hökumət Başçıları Şurasının iclası işə başlayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinə Baş Nazir Əli Əsədov başçılıq edir.

İclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. İclasın sonunda qəbul edilən sənədlərin imzalama mərasimi keçiriləcək.

Görüşün gündəliyinə cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi, anti-inhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, quş qriplərinin profilaktikasına dair birgə tədbirlər, MDB ölkələrinin İdman Oyunlarının təsis edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bir çox digər məsələlər daxil edilib.



Xəbərin oxunma sayı : 568




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap