Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

Yeni dəyişikliklər pensiya məbləğini artıracaqmı? – İqtisadçı hökumətin məqsədini açıqladı

Tarix 07.02.23, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyyə olundu. Bu dəyişiklik özündə nəyi ehtiva edir?

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək: “İlk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir. Həmin anlayışlar Dövlət Sosial Müdafiə Fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir”.

İqtisadçının sözlərinə görə, dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək.

“Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək”, - o əlavə edib.

Deputat vurğulayır ki, bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir.

Onun sözlərinə görə, bu isə sərmayə mexanizminin növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacağı deməkdir.

“Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək”,- o əlavə edib.



Xəbərin oxunma sayı : 607

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap