Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Yeni magistrların onlayn qeydiyyat müddəti uzadıldı – Açıqlama

Tarix 15.07.20, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti iyulun 20-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

15 iyun saat 11:15-ə olan məlumata əsasən qəbul olunan bakalavrlardan 72%-i qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinin qeydiyyat müddətinin artırılması ilə bağlı müraciətləri nəzərə alınaraq DİM tərəfindən müəyyən olunan son qeydiyyat tarixi iyulun 20‑dək uzadılıb.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Xatırladaq ki, bu il bir ali məktəbin bakalavr səviyyəsini tam bitirən və akademik borcu olmayan, lakin digər ali məktəbin magistratura səviyyəsinə qəbul olunan bakalavrlardan qeydiyyat zamanı tələb olunan ali təhsil müəssisəsini bitirməsi haqqında arayışı daxil olduğu ali təhsil müəssisəsinə təqdim etməyə ehtiyac yoxdur. Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn qeydiyyat proseduru nəzərə alınaraq ali təhsil müəssisələrinin bu prosesi həyata keçirən məsul şəxslərinə “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilən bakalavrların məlumatlarını qeydiyyat sistemi vasitəsilə onlayn əldə etmək imkanı yaradılıb.

İyulun 20-dək tələb olunan digər sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.




Xəbərin oxunma sayı : 1183




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap