Nigar Camal çimərlik geyimində - FOTOLAR “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO
Axtar
 
  • / Maqazin / — 07 Avqust 2020

    Nigar Camal çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2020

    “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova

  • / Maqazin / — 31 İyul 2020

    “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli

  • / Maqazin / — 24 İyul 2020

    Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO

  • / Maqazin / — 23 İyul 2020

    Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar

  • / Maqazin / — 10 İyul 2020

    Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

Ziya Məmmədovun qardaşı oğlu küçəni hasarlatdırır - “Bu, bizim küçədir“

Tarix 02.07.20, 17:02

Font ölçüsü : - / +
bitmap-img6


Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər küçənin hər iki tərəfdən hörülməsindən, yolun kəsilməsindən şikayətçidirlər.

AzFakt.com-un Musavat.com-a istinadla verdiyi xəbər görə, bu barədə redaksiyaya müvafiq şəkillər göndərən şikayətçilərdən biri - Günay Hüseyn qeyd edir ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçənin hasarlanması ilə onlar evə qapanmalı olacaqlar. 

Küçənin hasarlanması təşəbbüsünün şəkillərdə görünən, darvazası qəsr girəcəyini xatırladan imarətin sahibindən gəldiyi bildirilir. Bu şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovdur. Nəriman Məmmədovun adı oxuculara bir zamanlar başqa bir villasında qətl törədilməsi ilə bağlı yaranan qalmaqaldan tanışdır. O zaman onun Qusar rayonunun Çiləgir qəsəbəsində yerləşən villasının gözətçisi N.Məmmədivun gözü qarşısında başqa bir nəfəri öldürüb və sabiq nazirin qardaşı bu hadisədən şoka düşərək uzun müddət müalicə alıb. 

Elə indi küçənin hasarlanmasının əsas səbəbi olaraq N.Məmmədovun küçədən gələn səs-küydən narahat olduğu göstərilir. 

Hadisə ilə bağlı şikayətçilər öz şikayətlərini öncə ev sahibinə ünvanlamaq istəyiblər. Ancaq onların qarşısına çıxan Akif adlı şəxs (güman ki, Məmmədovun qohumu, mühafizəçisi) bildirib ki, onlar küçəni yaxşı edib kəsirlər, küçə məhz onlarındır, şikayətçilər əllərindən gələni beş qaba çəksinlər.

Küçə sakinləri icra hakimiyyətinə, bələdiyyə şurasına müraciət etdiklərini, hələ lazımi cavab almadıqlarını, ona görə də məsələni ictimailəşdirməli olduqlarını bildirirlər.





Xəbərin oxunma sayı : 1879

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda