Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

18 yaşlı qız evdən qaçdı, Bakıda qanlı cinayət törətdi

Tarix 26.11.24, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə 18 yaşlı S.Vəliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com-un məlumatına görə, hakim qarşısına çıxarılan S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci - qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Prosesdə müttəhimin anket məlumatları dəqiqləşdirilib. İş üzrə zərərçəkən Fərid Hüseynzadə S.Vəliyevadan şikayətçi olmaması barədə ərizə ilə məhkəməyə müraciət ünvanlayıb.

Dövlət ittihamçısı çıxışında cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Müttəhimin barəsində ibtidai istintaq dövründə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib.

Qısa müşavirədən sonra hakim Səbuhi Hüseynov cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərarı elan edib. S.Vəliyeva həbsdə qalıb.

İttiham aktından məlum olur ki, S.Vəliyeva Qazax rayonundandır və valideynlərindən küsərək Bakıya qaçıb. Bakıda Fəridlə tanış olaraq Suraxanı rayonunda mənzil kirayələyərək onunla bir yerdə yaşamağa başlayıb. 2024-cü ilin yanvarında kirayə qaldıqları mənzildə içki məclisi qurublar. Səhər spirtli içkinin təsirindən ayılan S.Vəliyeva yataqda paltarsız olduğunu görüb. Gecə baş verənləri xatırlamasa da, qeyri-rəsmi yaşadığı Fərid tərəfindən soyundurulduğunu düşünüb. Bundan sonra baçağa əl atıb, yuxuda olan Fəridə bir neçə bıçaq zərbəsi vurub.

S.Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi dekabrın 10-da davam etdiriləcək.



Xəbərin oxunma sayı : 412




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap