“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

1,60 manata satılan benzin əslində “Aİ-92”dir? - Azərbaycanda “Aİ-95” istehsal olunmayıb

Tarix 13.02.25, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Azərbaycanda 1 milyon 254,8 min ton avtomobil benzini, 2 milyon 61,9 min ton dizel yanacağı istehsal olunub.

Yeniavaz.com xəbər verir ki, əvvəlki illə müqayisədə benzinin istehsalı 14,2%, dizel yanacağının istehsalı isə 13,3% azalıb.
Məlumat üçün bildirək ki, istehsal olunan avtomobil benzininin 98%-i və ya 1 milyon 229,7 min tonu “Aİ-92” markalı benzin olub. Açıqlanan rəsmi statistikadan belə görünür ki, ötən il ölkədə “Aİ-95” markalı benzin istehsal edilməyib.
Lakin, onu da qeyd edək ki, ötən il iyun ayının 30-da Dövlət Neft Şirkətindən (SOCAR) verilən açıqlamada ölkədə “Aİ-95” markalı benzin istehsal olunduğu bildirilib. SOCAR-ın açıqlamasında qeyd olunub ki, neft emalı zavodunda (NEZ) istehsal olunan “Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb: “Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub”.

Açıqlamadan da göründüyü kimi, 1,60 manata satılan benzinin yerli istehsal olan “Aİ-95” markalı avtomobil benzini olduğu bildirilib. Ancaq, açıqlanan rəsmi statistikada göstərilir ki, ötən il ölkədə “Aİ-95” markalı benzin istehsal edilməyib.

Onu da bildirək ki, ötən ilin ilk 11 ayında xarici ölkələrdən Azərbaycana 193,5 min ton “Aİ-92”, 76,7 min ton isə “Aİ-95” markalı benzin idxal edilib. İdxal edilən “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 1,13 manat, “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri isə 1,22 manat olub. Əvvəlki illə müqayisədə idxal olunan “Aİ-92” markalı benzinin miqdarı kəskin artıb, “Aİ-95” markalı benzinin miqdarı isə azalıb.



Xəbərin oxunma sayı : 751




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap