Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Turizm Agentliyində qalmaqal - Sədrin qaynanasının badına Aparat rəhbəri işdən çıxarıldı

Tarix 05.03.25, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.

Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. "Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar", - iddialarda deyilir.

Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə "Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib. 

2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

ABŞ Dövlət Departamentinin "Fulbright" və "Edmund S.Muskie" Təqaüd Proqramlarının, eləcə də "Arden J.Elsasser Memorial Award" mükafatının qalibidir.

Qeyd edək ki, Lent.az saytı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin qaynanası Rəna Səfərəliyevanın uzun illər "Transparency International” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri olduğunu yazıb. Sayt məsələ ilə bağlı cinayət işinin açılacağını da anons edib. 



Xəbərin oxunma sayı : 1978




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap