“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Gözlənilən arxiv açıldı - Fotolarda Tramp da var

Tarix 13.12.25, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar milyarder Ceffri Epşteynin arxivinə aid 19 yeni fotonu ictimaiyyətə açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, yeni fotolar arasında ABŞ prezidenti Donald Trampla yanaşı, keçmiş prezident Bill Klinton, ABŞ prezidentinin keçmiş müşaviri Stiv Bennon, milyarder Bill Qeyts və “Virgin Group”un qurucusu Riçard Bransonun da Epşteynlə eyni mühitdə çəkilmiş görüntüləri yer alır. Komitə İngiltərənin keçmiş şahzadəsi Endryu, Harvardın sabiq prezidenti Larri Sammers və vəkil Alan Derşovitzin olduğu fotoların da yayımlandığını bildirib.

Açıqlanan şəkillərdən birində Donald Trampın bir qrup qadınla birlikdə olduğu, həmin qadınların üzlərinin isə məxfiliyə görə gizlədildiyi görünür. Fotoların çəkilmə tarixi və konteksti barədə isə əlavə məlumat verilməyib.

Komitə üzvləri yayımlanan görüntülərin Epşteynin sosial dairəsinin miqyası haqqında daha geniş təsəvvür yaratdığını bildirirlər. 

Donald Trampın Epşteynlə keçmişdə sosial əlaqələrinin olduğu məlum olsa da, Tramp işgüzar və şəxsi münasibətlərin cinayət xarakterli iddialarla heç bir əlaqəsi olmadığını dəfələrlə bildirib.

ABŞ Konqresinin qəbul etdiyi “Epşteyn Fayllarının Şəffaflığı Qanunu”na əsasən, Ədliyyə Nazirliyi Epşteynlə bağlı bütün sənədləri 19 dekabr 2025-ci ilə qədər ictimaiyyətə təqdim etməlidir. Demokratlar yayımlanan fotoların yalnız ilkin materiallar olduğunu, qalan sənədlərin də tam şəkildə açıqlanmasını tələb edirlər.

Yeni görüntülərin yayılması Ceffri Epşteynin sosial çevrəsi və əlaqələrinin miqyası ilə bağlı sualları yenidən gündəmə gətirib.

Qeyd edək ki, uzun müddətdir gözlənilən Epşteyn sənədlərinin açıqlanmasına dair qanun layihəsi Konqresin hər iki palatasında qəbul olunub. ABŞ Baş prokuroru Pam Bondi 19 noyabrda sənədlərin 30 gün ərzində açıqlanacağını elan edib, ABŞ Prezidenti Donald Tramp isə layihəni təsdiqləyib.

Ən kiçiyi 14 yaşında olmaqla, 18 yaşından kiçik onlarla qızı cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmada məşhur şəxslərin “müştəri siyahısı”na dair heç bir dəlil tapmadığını açıqlayıb. Məhkəmədə hökumət rəsmilərinin, məşhurların və iş adamlarının cinayətlərində iştirakının gizlədilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin, əslində, kamerasında intihar etdiyi qənaətinə gəlinib.







Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap