“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ağcabədi Su İdarəsinin rəisindən tapşırıq: Qadınlara ayaqyoluya getmək qadağan edildi - VİDEO

Tarix 02.03.26, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev idarənin qadın işçilərinə qarşı xüsusi "rejim" tətbiq edib.

Bu barədə Oxu.Az-a videogörüntü və səsyazısı təqdim olunub. Həmin görüntü və səsyazılarında iddia olunur ki, A.Quliyev idarənin 12 qadın əməkdaşını xüsusi rejimdə işlədir. Belə ki, qurum rəhbərinin tapşırığı ilə həmin xanımlar və onlara nəzarət edən işçilər arasında "Şəhər-2" "WhatsApp" qrupu yaradılıb.

Qaydalara görə, həmin qadınlar səhər saat 09:00-dan başlayaraq, hər iki saatdan bir telefonla olduğu ərazini, mühafizə etdiyi yeri, saatı deməklə videogörüntü çəkməli, A.Quliyevin tapşırığı ilə yaradılmış qrupa atmalıdır. Həmin görüntülər hər qadına verilən xüsusi "kod" vasitəsilə deyilməlidir. Videolar qrupda A.Quliyevin təyin etdiyi nəzarətçi kişi tərəfindən yığılaraq "arxivləşdirilir" və rəisə təqdim edilir.

Ən qəribəsi isə odur ki, gün ərzində kanalın yanında "post"da dayanan hər bir qadın təbii ehtiyaclarını ödəmək üçün (ayaqyoluya getmək üçün) günün sonuna qədər cəmi bir dəfə olmaqla, 20 dəqiqə müddətinə ərazini tərk edə bilər. 20 dəqiqədən gec "post"a qayıdan qadın işdən çıxarılır.

* Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətinə müraciət etdik. Agentlikdən bildirdilər ki, məsələ daxili audit tərəfindən araşdırılacaq və günahkar şəxslər barədə tədbir görüləcək.

Bundan sonra hadisə daha qəribə istiqamətdə "inkişaf edib". Belə ki, iddiaya görə, biz məlumatı agentliyə təqdim edəndən dərhal sonra A.Quliyevin tapşırığı ilə həmin "Şəhər-2" "WhatsApp" qrupu ləğv edilib. Şikayətçilər iddia edirlər ki, rəis agentliyə müraciət olunduğunu biləndən sonra qrupu ləğv edib, əvəzində yeni qayda tətbiq edib. Bu qaydaya əsasən isə həmin qadınlara gün ərzində təbii ehtiyaclarını ödəmək üçün verilən 20 dəqiqəlik icazə də ləğv olunub. Yəni onlara iş vaxtı ərzində kanalın yanından aralanmağa ümumiyyətlə icazə verilmir.

Məlumata görə, idarənin işçisi, keçmiş məcburi köçkün kimi idarənin həyətindəki yarımtikilidə məskunlaşmış Zeynəb Aslanova təbii ehtiyacını ödəmək məqsədilə təhkim olunduğu ərazini 10 dəqiqəlik tərk edib. Bundan xəbər tutan rəis Asəf Quliyevin tapşırığı ilə Z.Aslanovaya xidməti məlumat yazılıb və ərizəsini alınaraq işdən azad edilib.




Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap