| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi
Tarix 02.03.26, 18:12 |
|
İnsan ömrünün ən qədim və təməl sualı sevgidir. İnsanı sevməyə hansı hiss sövq edir, insan niyə gözəllik qarşısında heyrətlənir? Bir baxış və ya bir səs nədən insanın qəlbində fırtına qoparır, onun sakit həyatının axarını dəyişir? Bu suallar bəşər düşüncəsini əsrlər boyu məğul edib.
Böyük sufi mütəfəkkir İbn Ərəbi sevgini yalnız insana aid hiss kimi deyil, varlığın kökü, aləmin səbəbi və məqsədi kimi təsvir edirdi. Onun sözləri ilə desək, Allah gizli bir xəzinə idi, bilinmək istədi və kainatı yaratdı. Yaradılışın fitrətində sevgi dayanır. İbn Ərəbinin “Füsusül-hikəm”, “Fütuhatül-Məkkiyyə” və poetik incilərlə süslənmiş “Tərcümanül-əşvaq” əsərlərində eşqin fəlsəfəsi Yaradanla yaradılanın qarşılıqlı əlaqəsi kimi şərh edilir. Böyük Şərq mütəfəkkiri göstərirdi ki, hər bir varlıq Allahın özünü seyr etmək istəyi nəticəsində yaranıb. Deməli, dünyada gördüyümüz hər bir gözəllik – dağın zirvəsi, çayın axarı, bir qızın gülüşü, bir şairin sözü – İlahi eşqin təzahürüdür. Biz yalnız pərdələr görürük, amma pərdələrin arxasında əbədi sevgili dayanır.
Sufi düşüncəsində eşq üçüzlü bir həqiqət kimi təqdim olunur: aşiq, məşuq və eşq. Aşiq – sevən insandır, məşuq – sevilən varlıq, eşq isə onların arasındakı görünməz bağdır. İbn Ərəbi isə deyirdi ki, bu üçlüyün arasında fərq yoxdur. Aşiq də, məşuq da, eşq də bir həqiqətin müxtəlif şəkilləridir. İnsanın sevdiyi zaman yaşadığı sirr budur: o, qarşısındakı gözəllikdə Allahı görür, lakin bunun fərqinə varmır. Bu təlim Azərbaycan ədəbiyyatında da geniş şəkildə öz əksini tapmışdır. Nəsimi “Məndə sığar iki cahan” misrasında insanın ilahi həqiqəti öz içində daşıdığını söyləyirdi. Füzuli “Məni candan usandırdı” deyərkən bəşəri eşqin iztirabını göstərir. Bu iztirab İlahi eşqdən qaynaqlanır. Füzulidə eşqin ilahiliyi ilə gerçəkliyin təbiiliyi, ruhi məqamla canlı-fərdi stixiya arasında sintez var. Tanrı ilə, təbiətlə, zamanla vəhdət, səma və İlahi simvolikası – bütün bunlar insanın özünün İlahi “mən”inə və təbiətinə inamı sənətdə ifadə etməyin klassik üsuluna çevrilir. Bununla da Füzulidə İlahi amil digər gerçəkliklərlə bərabər üstün dəyərə çevrilir. Füzulu vəhdət vadisini Yerlə Göy arasında yaradır. Buna görə də şair İlahi eşq məkanında yaşayır və özünü Tanrı, dünya və təbiətlə vəhdətdə dərk edir. Şairin məşhur misrasında deyildiyi kimi: “Vadiyi-vəhdət həqiqətdə məqami eşqdir”.
Şəhriyar isə Vətən sevgisini eşqin ən uca mərhələsi kimi təqdim edirdi. Heç şübhəsiz, Azərbaycan poeziyasının bu böyük simaları İbn Ərəbinin eşq fəlsəfəsindən xəbərdar idilər və onun fikir dünyası bu şairlərin misralarına da öz nurunu saçır. İbn Ərəbinin təsvir etdiyi eşqin mərhələləri bunlardan ibarətdir: zat eşqi, sifət eşqi və əfəl eşqi. Zat eşqi Allahın öz zatına sevgisidir – bu əzəli və əbədi bir mərhələdir. Sifət eşqi Onun gözəllik, mərhəmət, qüdrət kimi sifətlərində təcəlli edir. Əfəl eşqi isə yaradılışda, insanda, təbiətdə, incəsənətdə öz əksini tapır. Bir ananın övladına sevgisi əfəl eşqidir, bir şairin poeziyada gözəlliyi ifadə etməsi sifət eşqidir, dua ilə yanan qəlbin duyğusu isə zat eşqinə bağlıdır. Şəhriyar yazırdı: “Vətən eşqi məktəbində can vermişik, ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan”.
Bu misralar Vətən sevgisinin ən mükəmməl poetik ifadəsidir. Şəhriyar Azərbaycanın tarixi taleyinin tərcümanı idi və onun poeziyası bayrağımız kimi bu üç rəngdən ibarətdir: Vətən, dil və eşq. Coşqun təbinin Simurq quşu şairi irfanın Qaf dağına qaldıraraq gözlərinə İlahi nur bəxş etmişdir ki, bu əbədi, ölməz eşqi tərənnüm etsin.
Müasir Qərb dünyası eşqin bu sirrini, hikmətini unutdu. Orada eşq çox vaxt yalnız cismani münasibət, maddi istək və ya romantik ehtiras kimi başa düşülür. Bu da öz nəticəsini ailə institutlarının çöküşündə, insanların bir-birinə yadlaşmasında, sevginin ucuz, ötəri duyğulara çevrilməsində göstərir. Halbuki, İbn Ərəbi deyirdi: sevgidən kənar yol yoxdur, sevgini tapmayan Allahı tapa bilməz. Bu fikir həm də bugünkü dünyaya bir növ, xəbərdarlıqdır. Əgər eşq Allahdan qoparılarsa, insan da ruhunu itirəcək. Biz Azərbaycan cəmiyyətində sevgisizliyin simptomlarını müşahidə edirik. Boşanmaların çoxalması, ailə bağlarının zəifləməsi, gənclərin mənəvi boşluğa düşməsi, insanların aqressivləşməsi məhz sevgi hissindən uzaq düşməyin nəticəsidir. İbn Ərəbinin eşq fəlsəfəsi bizə deyir ki, ailə yalnız qan bağından ibarət deyil, o, ilahi eşqin təcəllisidir. Əgər ailədə sevgi yoxdursa, hörmət də, sədaqət də, o ailədən qaçaq düşəcək. Böyük mütəfəkkir sağlam cəmiyyət modelini hələ əsrlər öncə konseptual şəkildə təqdim edir. İbn Ərəbi Şərq İntibahının təməl daşlarını qoyan fikir və düşüncə adamıdır. İnsanın kamilliyə yetişməsinin müxtəlif yolları mövcuddur. İbn Ərəbi ən yüksək dərəcə kimi eşqi nişan verir. İlahi eşqi. Zühura gələn nə varsa, İlahi eşqin meyvəsidir. Bəşəriyyət hələ də İbn Ərəbinin bu əbədi ideyalarından bəhrələnir. İbn Ərəbidə fərdi emosional aləm, aşiq və məşuqun hiss və həyəcanı hansı funksiyanı daşıyırsa, İlahi eşqdə də eyni rolu oynayır. İlahi eşq heç bir maddi formaya malik deyil. O, insanın ruhunda bərqərardır. Estetik ideal İbn Ərəbinin yaratdığı İlahi eşq iqlimində ən yüksək məqamına çatır.

Bununla yanaşı, elm sevgisi də İbn Ərəbinin təlimində mühüm yer tutur. O, elmi mərifət adlandırır və deyirdi ki, Allahı tanımaq sevgidən doğur. Bilik eşqdir, çünki alim biliyi sevir, onun içində həqiqəti görür. Elmin müxtəlif növləri olduğu kimi, onu öyrənməyin də müxtəlif yolları var. Ruh yorulmadan elm əxz edir, biliklərə yiyələnir. Elm bilgiləri özünə hopduran ruhun dərkolunma vasitəsidir. Ruh məhz elmlə gözəlləşir. O kəslər ki, İlahi bilgilər nərdivanına ayaq qoyublar, Yaradan onları İlahi eşq mərtəbəsinə qaldırır. İlahi eşqi tapanlar isə əbədi xoşbəxtlik mənziləsindədirlər. Bu qəlblər fiziki dünyada möcüzələr yaratmağa qadirdir.
Maddi substansiya olan təbiəti sevmək də eyni mənbəyə bağlıdır – çünki təbiət Allahın yaratdığı gözəlliyin kitabıdır. Təbiətə baxmaq əslində ilahi həqiqətlə üz-üzə qalmaq deməkdir. İbn Ərəbi insanı mikrokosmos, kainatı isə makrokosmos adlandırır. Təbiətdə olan hər xüsusiyyət insanda da var. İnsan təbiəti dərk etdikcə, özünü də dərk edir. Özünü dərk edən isə Allahı dərk edir. Bu baxımdan təbiət ilahi eşq yolunda bir məktəbdir. İbn Ərəbiyə görə bütün varlıq öz mənşəyinə qayıtmaq istəyir. Bu meyl eşqdir; toxum torpağa can atır, bitki günəşə yönəlir, çay dənizə doğru axır. Bu hərəkət sadəcə, fiziki deyil — metafizik məna daşıyır. Hər şey mənbəyinə qayıdır. İbn Ərəbi üçün təbiət ibadət məkanıdır, İlahi düşüncənin canlı kitabıdır, eşqin açıq ifadəsidir. Bu səbəbdən onun düşüncəsində təbiətə sevgi əslində ilahi təcəlliyə inamın ifadəsidir. Təbiət İlahi eşqin zahiri formasıdır, kainatın hərəkət və yaradılış prinsipidir. Əgər İbn Ərəbidə təbiət metafizik sistemdirsə,
Füzulidə eşqin poetik düsturudur. Beləcə, İbn Ərəbi fəlsəfi və sistemli izah verir, Nəsimi – ontoloji və mistik üsyan ruhu ilə danışır. Füzuli isə – eşqi duyğu və iztirab vasitəsilə təqdim edir.
İbn Ərəbiyə görə Təbiət müqəddəsdir və Eşqin mənbəyidir. Ona zərər vermək ilahi təcəlliyə sayğısızlıqdır. Bütün bəlaların kökündə insanın təbiətdən uzaq düşməsi dayanır. Məşhur ifadə ilə desək, təbiətə vurduğumuz zərbələrə görə o nə vaxtsa bizdən intiqamını alacaq. Axı insan özü də təbiətin bir parçasıdır və ondan ayrı yaşamağa qadir deyil. Təbiətə ziyan yetirən insan əslində özünə zərər vurduğunun fərqində deyil. Fərdlər bir nüansı dərk etməlidirlər ki, təbiət sadəcə, maddi resurs deyil, ona mənəvi dəyər qazandıran insan topluluqlarıdır. İbn Ərəbi bizə bu dəyəri ötürür və əslində insanlığın xilasının təbiətdə olduğuna işarə edir.
Musiqini sevmək, incəsənəti sevmək – bunların hamısı İlahi eşqin müxtəlif pərdələrdə görünməsidir. Təsəvvüfdə səma musiqi və zikr vasitəsilə ruhun coşması deməkdir. İbn Ərəbi səmanı qəbul edirdi, lakin şərt qoyurdu: musiqi nəfsi oyadırsa — təhlükəlidir. Ruhani şüuru oyadırsa — ilahi eşqə aparır.Onun fikrincə, musiqi insanın daxilində artıq mövcud olan eşqi hərəkətə gətirir. İbn Ərəbiyə görə, kainat ilahi kəlamın təzahürüdür, səs varlığın ilkin formalarından biridir, harmoniya kainatın quruluş prinsipidir. Bu baxımdan musiqi kainatın daxili harmoniyasının insan tərəfindən hiss edilməsidir. İbn Ərəbi deyir ki, ruh öz mənşəyini - ilahi aləmi - unutmur. Musiqi Ruhun ilkin birliyə dair xatirəsini oyadır, ayrılıq hissini gücləndirir, eşqi alovlandırır. Bu fikir sonradan Mövlanada daha poetik şəkildə ifadə olunur (neyin fəryadı kimi). Kainatda hər şey ritmlə hərəkət edir: ürəyin döyüntüsü, nəfəs, gecə və gündüzün dövranı, planetlərin hərəkəti. İbn Ərəbi üçün bu ritm ilahi nizamın əlamətidir. Musiqi isə bu kosmik ritmin insandakı əksidir.
İlahi eşq sözlə tam ifadə edilə bilməz. Musiqi sözün və səsin çatmadığı yerdə danışır, məntiqə sığmır, birbaşa qəlbə təsir edir. Bu səbəbdən sufi məclislərində musiqi və şeir birlikdə istifadə olunurdu. bn Ərəbi musiqini metafizik prinsip kimi izah edir. Mövlana onu daha çox coşqu və eşq ekstazı kimi təqdim edir. Hər ikisində musiqi İlahi eşqin alovunu artıran vasitədir. Ruhun Yaradana doğru hərəkətini sürətləndirir. Ruhda olan praktiki qüvvə ondan aşağıda dayananla, yəni cismlə əlaqə yaratmaq və onu idarə etmək üçündür. Musiqi isə bu prosesdə ən əsas, həlledici vasitələrdən biridir. İbn Ərəbinin baxışında musiqi İlahi harmoniyanın insandakı əks-sədasıdır. O, ruhun mənşəyinə qayıdış istəyini oyadır, Eşqi şüurdan qəlbə endirir.
Musiqi sadəcə, sənət deyil, İlahi eşqin səsə çevrilmiş formasıdır. İbn Ərəbi ruhun maddi aləmdən əvvəl ilahi aləmdə mövcud olduğunu qəbul edir. Ruh bu dünyada ayrılıq yaşayır, mənbəyini unutmur, qayıdış intizarındadır. Musiqi bu ayrılıq hissini dərinləşdirir. Məhz bu səbəbdən bəzi melodiyalar insanı izaholunmaz dərəcədə təsirləndirir. Bu təsir heç də estetik deyil, ontoloji xatırlamadır. Ruh öz vətənini xatırlayır, bu səbəbdən musiqi qüssə gətirir. İbn Ərəbi deyir ki, musiqinin təsiri insanın daxili vəziyyətindən asılıdır. Qəlb safdırsa, musiqi ilahi eşqi artırır, nəfs güclüdürsə, musiqi şəhvət hissi oyadır. Yəni musiqi özlüyündə neytraldır. O, insanın daxilində olanı (istəkdən asılı olaraq) gücləndirir. İbn Ərəbinin sistemində İlahi təcəlli fasiləsizdir, varlıq daim yenilənir. Kainat sabit deyil, canlıdır. Musiqi isə bu canlılığın insan tərəfindən hiss olunan formasıdır.
Sevgi insan üçün mənəvi xəritədir. İbn Ərəbinin düşüncəsi yalnız fərdi sevgini yox, həm də kollektiv sevgini izah edir. Vətən sevgisi – İlahi eşqin millət səviyyəsində təzahürüdür. Bu sevgi yalnız torpağa bağlılıq deyil, həm də metafizik həqiqətdir. Şəhidin qanında, əsgərin cəsarətində, şairin misrasında bu eşqin izi var. Vətən eşqi – Allahın bizə bəxş etdiyi ən böyük imtahanlardan biridir. Bunlardan çıxan nəticə belədir: eşq həyatın hər qatında mövcuddur. İnsan sevgisi, ailə sevgisi, elm sevgisi, təbiət sevgisi, Vətən sevgisi – hamısı eyni mənbədən pərvəriş tapır. Əgər bu sevgilər bir-birindən ayrılarsa, həyatın təməli sarsılar, İlahi eşqdə cəm olarsa, insan da, cəmiyyət də bütöv və güclü olar. Bu günün oxucusu üçün əsas mesaj budur: eşqi ucuzlaşdırmaq olmaz. O, yalnız hiss deyil, həm də məsuliyyətdir. Həm ailə qarşısında, həm cəmiyyət qarşısında, həm də Allah qarşısında məsuliyyət. Əgər biz sevgini itirsək, əxlaq duyğusunu da itirəcəyik. Əxlaq duyğusu itərsə, millətin mənəvi dayaqları zəifləyəcək, mənəvi dayaqlar zəifləyəndə Vətən anlayışı təhlükə qarşısında qalır. Ona görə hamımız sevgini qorumalıyıq. İbn Ərəbinin məşhur sözlərini xatırlayaq: “Eşqin sonu yoxdur, çünki sevgili sonsuzdur. Hər vüslət yeni bir həsrətin başlanğıcıdır.” Bu həqiqət dünya ədəbiyyatının da, Azərbaycan poeziyasının da taleyini izah edir. Bütün böyük əsərlər sevginin tarixçəsidir. Biz eşqlə yaşadıq, eşqlə yaratdıq, gələcəyimizin yollarını da yalnız eşqlə işıqlandıracağıq.
Sevgi – insan həyatının ən sirli, ən təməl duyğusudur. Füzuli deyirdi: “Məndə Məcnundan füzun aşiqlik istedadı var.” Bu istedad yalnız insana verilmiş bir nemətdir və onun kökü yaradılışın sirlərinə bağlıdır. Böyük sufi mütəfəkkir İbn Ərəbi sevginin mahiyyətini izah edərkən, onu yalnız bir hiss deyil, həm də varlığın əsası, kosmik qanun kimi təqdim edirdi. Onun fikrincə, Allah aləmi məhz sevgidən yaratdı. Bu gün, XXI əsrdə, Azərbaycan cəmiyyətində ailə, əxlaq, gənclik, Vətən və insan münasibətləri böhranlı sınaqlardan keçir. Elə bu məqamda İbn Ərəbini dinləməyə böyük ehtiyac duyulur. Onun “ilahi eşq” fəlsəfəsi öznüdə həm qədim irfan işığını daşıyır, həm də bugünkü insanın həyatla bağlı suallarına cavab axtarır. İlahi Eşqin fəlsəfi mahiyyəti haqda İbn Ərəbi belə deyirdi: “Gizli bir xəzinə idim, bilinmək istədim, yaratdım ki, tanınım.” Bu hədisə əsaslanaraq o izah edirdi ki, yaradılışın kökü sevgidir. Allahın özünü tanıtmaq arzusu – ilahi eşqin başlanğıcıdır. Bu konsepsiyada üç həqiqət var: 1. Aşiq – sevən, axtaran (insan). 2. Məşuq – sevilən, hədəf (Allah). 3. Eşq – onların arasında körpü missiyasını daşıyan nur. Əslində, İbn Ərəbiyə görə bu üçlük bir-birindən ayrı deyil; hamısı bir həqiqətin müxtəlif görüntüləridir. Bu düşüncə fəlsəfi baxımdan Vəhdətül-vücud — varlığın birliyi nəzəriyyəsinə əsaslanır.
Eşqin mərhələləri. İbn Ərəbi ilahi eşqin inkişafını üç mərhələ ilə izah edir: • Zati eşq – Allahın zatına olan sevgisi; yaradılışdan əvvəl mövcud idi. • Sifati eşq – Allahın sifətlərində (gözəllik, kamillik, mərhəmət) təcəlli edən sevgi. • Əf’ali eşq – yaradılmışlarda, təbiətdə, insanda, musiqidə, sənətdə görünən sevgi. Müasir insan bu mərhələləri gündəlik həyatında hiss edə bilər: valideyn övladını qucaqlayanda əf’ali eşq təzahür edir; şair gözəlliyi sözlə ifadə edəndə sifati eşq boylanır; dua edən insanın qəlbində isə zati eşqin sədası eşidilir.
Sevgi və ailə dəyərləri. Azərbaycan əxlaqının bünövrəsi ailədir. Ailə isə yalnız qan bağı ilə deyil, sevgi ilə var olur. Əgər ailədə məhəbbət yoxdursa, o ailə dağılmağa məhkumdur. İbn Ərəbi deyirdi ki, Allah bəndəsini iki cür sevər: nemətlə və sınaqla. Bizim ailələr də bu iki halı yaşayır. Bəzən xoşbəxtliklə, bəzən çətinliklə, amma həmişə sevgini qorumaq şərtilə möhkəmlənirlər. Bu gün boşanmaların artması, ailə münasibətlərində məsuliyyətin azalması, övladların diqqətsiz qalması yalnız sosial problem deyil. Bu, həm də mənəvi böhranın göstəricisidir. Çünki ailə İlahi eşqin dünyadakı ən böyük təcəllisidir.
Əxlaqın kökü və müasir böhran. Əxlaq sevgisiz mövcud ola bilməz. Qonşuya yaxşılıq, qocaya hörmət, yetimə mərhəmət, millətə sədaqət — sevgidən doğur. Müasir Azərbaycan cəmiyyəti bəzən bu sevgini unudur. Maddiyyatın, rəqabətin, qürurun içində mərhəmət azalır. İnsanlar bir-birinə yadlaşır, gənclər ruhi boşluğa yuvarlanır. Bu, İbn Ərəbinin dediyi “eşqdən uzaq düşmək” halıdır. Əgər sevgini itirsək, əxlaqı da itirəcəyik. Əxlaq itəndə isə cəmiyyət dağılır. Bu təlaşlı həqiqəti görmək və oxucunu silkələmək zamanıdır: Biz hansı cəmiyyətə çevrilirik?
İlahi eşq və Vətən sevgisi. Azərbaycan tarixində ən böyük dəyər Vətən sevgisidir. Bu eşq sadəcə siyasi bir duyğu deyil, İlahi eşqin millət səviyyəsində təzahürüdür. Qan verən şəhidin ruhunda, torpağını qoruyan əsgərin qəlbində, dilini sevən şairin misrasında — hamısında İlahi eşq yanır. Bu eşq milləti yaşadır, tarixi əbədi edir. Ona görə də Vətən sevgisi təkcə vətəndaşlıq borcu deyil, həm də ilahi bir əmrdir.
Müasir insana mesaj. Bugünkü gənclər çox vaxt sevgini ani, ötəri hisslərdə, keçici emosiyalarda, sosial şəbəkələrin azdırıcı təsirində axtarır. Halbuki, həqiqi sevgi — İlahi eşqin yoludur. O, sadəcə hiss deyil, həm də məsuliyyətdir. Həm ailə qarşısında, həm millət qarşısında, həm də Allah qarşısında məsuliyyət. İbn Ərəbi bu gün yaşasaydı, bəlkə də belə deyərdi: “Sevgini ucuzlaşdırmayın. Sevgini əxlaqla, ailə ilə, Vətənlə birləşdirin. Sevgini itirsəniz, həm özünüzü, həm də xalqınızı itirəcəksiniz.”
Sevginin sonsuzluğu. İbn Ərəbi yazırdı: “Eşqin sonu yoxdur, çünki sevgili sonsuzdur. Hər vüslət yeni bir həsrətin başlanğıcıdır.” Bu həqiqət Azərbaycan xalqının bütün tarixi mərhələlərində boy göstərir. Biz torpaq həsrəti ilə yanmışıq, azadlıq sevgisi ilə ayağa qalxmışıq, poeziya və musiqi ilə gözəllik eşqini yaşatmışıq. Bu gün isə bizim üzərimizə düşən öhdəlik İlahi eşqi ailəmizdə, əxlaqımızda, gəncliyimizdə, dövlətimizdə qorumaqdan ibarətdir. Çünki sevgi olmadan əxlaq yoxdur. Əxlaq olmadan millət yoxdur. Millət olmadan Vətən yoxdur. Vətənsiz insan isə öz mahiyyətindən uzaq düşmüş canlıdır.
Adəm İsmayıl Bakuvi

Xəbərin oxunma sayı : 976
Sosial
Xəbərlər
-
Bağça müdiri azyaşlı övladının həyatını təhlükəyə atdı - Polis araşdırır
-
İntensiz yağışdan sonra Lökbatan yolu dağılıb, hərəkət çətinləşib - VİDEO
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 115 dollara satılır
-
“Çətin vəziyyətdəyik, qazımız yoxdur“ - Qubada kritik durum (VİDEO)
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
-
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir?
-
İnstaqramda bu gün bunlar paylaşıldı - FOTOLAR
-
Mbappenin ÇL-də etdiyini nə Ronaldu edə bilib, nə də Messi - Rekord reallaşdı
-
Bakıda 101 yaşlı binanın dam örtüyü çöküb - VİDEO
-
İsrail və Livan 10 günlük atəşkəs elan edir - Trampdan açıqlama
-
Səkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEO
-
“Diplomatiyanın yerini raket və bombalar tutub“ - Ərdoğan
-
“İran Dünya Kubokunda iştirak etməlidir” - FIFA prezidenti
-
Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi prosesi davam edir - VİDEO
-
Azərbaycanın qərb bölgəsində yanacaq qıtlığı yaranıb - VİDEO
-
Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşıb - FOTO - VİDEO
-
“Vurmadığımız hədəflər daha ağrılı olacaq” - Katz
-
Bu yollarda təmir işləri həyata keçiriləcək - XƏBƏRDARLIQ
-
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib - Rəsmi
-
Narkotik və içki qəbul edib təcili yardım maşını ilə Bakıda oyun çıxardı - VİDEO
-
Bir ildə yarım milyon artım - “İdrak Texnoloji Transfer“ MMC-də böhran
-
Arayışa ehtiyac olmayacaq - Tələb ləğv edildi
-
77 min ilkin ödəniş, qalanı hissə-hissə... - Əsədovun məhkəməsində şahidlər dindirilib
-
“Mahal MTK“dan şikayət: Çıxarış və lift yox, mansartda qanunsuz mənzillər
-
“Gücümüzü yenidən toplayırıq“ - ABŞ-nin müharibə naziri İranı təhdid edib
-
Ermənistandan Azərbaycana nə gəlir? - Gömrükdən açıqlama
-
Müslüm Cabbarzadə nazir müavini təyin olunub - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Satdı, pulunu aldı, indi geri istəyir - Bakıda qalmaqallı əmlak işi
-
Nərimanov rayonunda 12 ağac oyunu - Agaclara divan tutdular
-
Pakistan ordusunun komandanı Tehranda - Qalibafla İran-ABŞ danışıqlarını müzakirə etdi
-
“Space”də aparıcı ilə icraçı direktor arasında - QALMAQAL
-
“Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib“ - Matviyenko
-
ABŞ burada hərbi mövcudluğunu artırır - Əlavə 10 min hərbçi göndəriləcək
-
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTO
-
ABŞ-nın sursatı tükənir - Avtomobil istehsalçılarından kömək istədi
-
İstehlak bazarında bahalaşma: Ən çox hansı məhsulların qiyməti artıb?
-
Türkiyədə məktəbə silahlı hücumda ölənlərin sayı artdı - 10 nəfərə çatdı
-
Peyvənd olunmayan uşaqların valideynlərinin diqqətinə: Əmr imzalandı
-
Azərbaycan təbii qazı Yunanıstan 410, Türkiyəyə 147, Gürcüstan isə 121 dollara satıb - Siyahı
-
Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya
-
Türkiyədə daha bir məktəbdə silahlı insident ola bilərdi - Son anda...
-
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI
-
Rusiyadan Azərbaycana poçt vasitəsilə göndərilən pul mənimsənilib? - VİDEO
-
Məktəbə silahlı basqın edən şagirdlə bağlı şok fakt ortaya çıxdı - 11 aprel tarixində...
-
Azərbaycan Ermənistandan 960 dollarlıq məhsul idxal edib - İlk dəfə
-
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı - Qiymətlər
-
Sabunçu tunelində də yol çökdü - VİDEO
-
Hasil Abbasov üç şöbə müdirini işdən çıxardı - Yeni təyinat
-
Eskobarın heyvanları təhlükəyə çevrildi: 80 begemot haqqında təhlükəli qərar...
-
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
Bakıxanovdakı bu şadlıq sarayı bağlandı - VİDEO
-
Pentaqon Kubada mümkün əməliyyata hazırlaşır - “USA Today”
-
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
-
Şəhid ailələri üçün tikilən bina təhlükədə - VİDEO
-
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə - VİDEO
-
Azərbaycanda boşanma prosesləri ilə bağlı yeni mərhələ - VİDEO
-
Zərifə xanım Əliyevanın elmi irsi ümumdünya tibb sahəsində mühüm önəm kəsb edir
-
Zərifə xanımın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq
-
Mauro İkardi “Qalatasaray“la yollarını ayırır: Ulduz futbolçunun yeni ünvanı bəlli oldu
-
Rusiyaya qarşı neft sanksiyaları bərpa olundu - Trampın güzəşt müddəti bitdi
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb - FOTO
-
Xırdalanda dəmiryolu keçidi köhnə və təhlükəlidir - ŞİKAYƏT
-
9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş - Saxlanıldılar
-
“ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib“ - Levitt
-
Xırdalan sakinlərinə işığa görə aylıq 300 manat borc gəlib? - VİDEO
-
Gülləri əzən bloger danışdı: “Mənim gördüklərimi heç yuxunuzda görməmisiniz”
-
Zərifə Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb ictimaiyyəti üçün dəyərli məktəbdir
-
“ABŞ İranın infrastrukturunu bir saat ərzində məhv edə bilər“ - Tramp
-
İdman zalında yıxılan 3-cü sinif şagirdi üçün təcili tibbi yardım çağrılmayıb? - VİDEO
-
Bu il bankların nə qədər qazandıqları açıqlandı - Tam siyahı
-
Pakistan ordusunun baş komandanı Tehrana gəldi - FOTO
-
Azərbaycanın yaxın 2 ildə dövlət borcu 29 milyard manatı ötəcək - Proqnoz
-
Yüksək vəzifəyə təyin olunan Azər Mursaqulov kimdir? - DOSYE
-
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
-
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - AÇIQLAMA
-
“Ukraynaya dəstək bizim mənəvi borcumuzdur“ - Meloni
-
Türkiyədə daha bir liseyə silahlı hücum - 8 şagird, 1 müəllim ölüb
-
Emin Ağalarova 55,08 hektar su fondu torpaq sahəsi ayrıldı - Əli Əsədov qərar verdi
-
“Britaniya Trampın təzyiqlərinə baş əyməyəcək“ - Starmer
-
Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?
-
Alimentə görə mənəvi zərər tutula bilərmi? - Ali Məhkəmədən cavab
-
Binəqədinin mərkəzi yolunda təhlükəli vəziyyət var - Tədbir görüləcəkmi?
-
Nazir müavini təyin olunan agentlik rəisinin yerinə təyinat - Heydərov əmr imzalayıb
-
AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA AZƏRBAYCAN QADINININ MİLLİ ETALONUDUR
-
Kabayevanın gizli milyardları üzə çıxdı - Gizli maaşlar, saxta rəqəmlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya razılığa gəldi - Moskva kompensasiya ödəyəcək
-
“Rabitəbank“ risk zonasında: Bank kəskin borclanıb, ümidsiz kreditlərin həcmi artıb
-
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi? - RƏSMİ
-
“Anadolu Ankası - 2026” təlimində növbəti tapşırıqlar icra olunub - VİDEO
-
“Neftin qiymətləri noyabra qədər sabitləşə bilər“ - Tramp
-
“İran müharibə istəmir, amma təslim olmayacaq“ - Pezeşkian
-
Azərbaycanlı müğənni sevgilisi tərəfindən döyüldüyünü iddia edir - VİDEO
-
“Heç bir güc Türkiyə dövlətinin prezidentinə barmağını yelləyə bilməz!“ - Ərdoğan İsraili sərt tənqid etdi
-
Binəqədi rayonunda mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
AMADA 210 min manata ofis icarəyə götürür - Birmənbə metodu ilə müqavilə
-
“Təbriz” MTK-dan “Atlant”a uzanan pul yolu - məhkəmədə yeni detallar üzə çıxır
-
Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ
-
Avropa ABŞ-ın NATO-dan çıxa biləcəyi ssenariyə qarşı plan hazırlayır - Detallar açıqlandı
-
İki idarə rəisini vəzifədən azad etdi - Nəsirli əmrlər imzalayıb
-
Çinin gizli peyki İrana belə yardım edib - Detallar məlum oldu
-
Azərbaycan klubların son reytinq göstəriciləri açıqlandı - SİYAHI
-
Şamaxının yollarını təmir edəcək sirli “VNM İnşaat“ - Yarım milyonluq tender udan şirkət kimindir?
-
Azərbaycanda bu sahədə işləyənlər 4 000 manatdan çox maaş alırlar - Siyahı
-
Leyla və Alena Əliyevalar sərgidə - FOTOLAR
-
“Nüvə proqramına nəzarət mexanizmi olmadan İranla sülh sazişi illüziyadır“ - Qrossi
-
Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO
-
İran yeraltı tunellərdəki raket qurğularını çıxarır - CNN
-
“Bank Avrasiya” zərərlə işləyir - Şirkətlər pullarını bankdan geri götürür
-
Masallının bu kəndində acınacaqlı vəziyyət - Qaz, yol, işıq yoxdur (VİDEO)
-
Almaniyadan Ukraynaya milyardlarla yeni yardım – “Patriot” raketləri də göndəriləcək
-
Beyləqanda Səməd Vurğunun 120 illik yubileyi qeyd olundu - Fotolar
-
Tullantılarla bağlı qadağa - “Qaydanı pozan 300 manat cərimələnəcək“
-
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
-
ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir - VENS
-
Bu ərazidəki bəzi evlər, binalar və iaşə obyektləri söküləcək, yol qovşağı salınacaq - VİDEO
-
Azərbaycan xaricdəki aliment borclularını belə tutacaq - Beynəlxalq təqib gəlir
-
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
TOP 10
ARXİV






