“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?

Tarix 10.03.26, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də rəhbərlik dəyişikliyindən sonra həyata keçirilən kadr islahatları və bir sıra qərarlar ciddi müzakirələrə yol açıb. Quruma Hikmət Hüseynov direktor təyin edildikdən sonra təşkilatda genişmiqyaslı struktur dəyişikliklərinə start verildiyi bildirilir.

Məlumatlara görə, yeni rəhbərlik əvvəlki direktor Fəda Abbasovun dövründə çalışan bir sıra əməkdaşlarla əmək münasibətlərinə xitam verib. Lakin iddialara görə, bu “təmizləmə” prosesi heç də bütün əməkdaşları əhatə etməyib.

Qurum daxilindən sızan məlumatlarda Fəxrəddin Qəhrəmanovun adı xüsusilə vurğulanır. Bildirilir ki, o, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun vaxtilə hərbi xidmətdə komandiri olub və sonradan nazirliyin sistemində fəaliyyətə başlayıb.

İddialara görə, hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni direktoru nazirin sabiq komandiri Fəxrəddin Qəhrəmanovu özünün əsas himayədarı kimi görür. Bu səbəbdən də MMC-nin əslində Hikmət Hüseynov və Fəxrəddin Qəhrəmanov tərəfindən müştərək idarə olunduğu qeyd edilir.

Digər bir sensasiyalı iddia isə texniki təminatla bağlıdır. Məlumata görə, Fəxrəddin Qəhrəmanov MMC-nin balansındakı texnikalara cavabdeh şəxsdir. Lakin hazırda qurumun texnikalarının 90 faizinin nasaz olduğu bildirilir. Buna baxmayaraq, Fəxrəddin Qəhrəmanov və komandasının işləməyən texnikaların adına yanacaq, sürtkü yağları və ehtiyat hissələri yazdıraraq dövlət vəsaitlərini mənimsədiyi iddia olunur.

Həmçinin bildirilir ki, Hikmət Hüseynov başda Fəxrəddin Qəhrəmanov olmaqla, ətrafındakı bir neçə nəfərin əməkhaqqını 7-8 dəfə artırıb. Eyni zamanda, seçilmiş müəyyən əməkdaşlara külli miqdarda əlavə pul mükafatlarının verildiyi də gələn xəbərlər sırasındadır.

YeniÇağ.az



Xəbərin oxunma sayı : 1573




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap