Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Pakistan donanması ticarət gəmilərini müşayiət edəcək: Yeni əməliyyatın anonsu

Tarix 10.03.26, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın Şərq regionunda davam edən gərginlik səbəbindən Pakistanın Hərbi Dəniz Qüvvələri dövlətin enerji ehtiyaclarının kəsintisiz təminatı və milli yük daşımalarının təhlükəsizliyi məqsədilə xüsusi əməliyyata başlayıb.

Bu barədə ölkənin Silahlı Qüvvələri açıqlama yayıb.

Qurumun bəyanatında bildirilir ki, regionda dəniz təhlükəsizliyi şəraitinin dəyişməsi və mühüm marşrutlarda yarana biləcək maneələr fonunda Pakistan donanması milli ticarət və gəmiçilik sahəsinə yönələn təhlükələri zərərsizləşdirmək üçün "Mühafiz-ül-Bəhr" ("Dəniz keşikçisi") adlı əməliyyatı həyata keçirir.

Məlumatda qeyd olunur ki, ölkənin ticarət dövriyyəsinin təqribən 90 faizi dəniz yolları vasitəsilə icra edilir. Donanmaya məxsus hərbi gəmilər yük tankerlərini qoruyacaq və dövlətin enerji idxalının dayanmadan davam etməsi, dəniz yollarının mühafizəsi naminə bu prosesə tam nəzarəti həyata keçirəcəklər.



Xəbərin oxunma sayı : 1147




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap