Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Yeni Cənubi Qafqaz formalaşır” - ABŞ-ın Türkiyədəki səfiri

Tarix 29.04.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədəki ABŞ səfiri Tom Barak Ermənistan və Türkiyə arasında son dövrdə atılan addımları müsbət qiymətləndirib. O, bu addımların “iki ölkənin iqtisadiyyatları və xalqları arasında əlaqələrin bərpasına yönəldiyini” bildirib.

Diplomat sosial şəbəkədə paylaşımında qeyd edib ki, regionda yeni geosiyasi reallıq formalaşır: “Bir-biri ilə əlaqəli və sülhə əsaslanan yeni Cənubi Qafqaz yaranır. Bu, ABŞ prezidenti Donald Trampın bölgədə sabitlik və rifahın təmin olunmasına dair yanaşması ilə üst-üstə düşür”.

ABŞ səfiri Ermənistan və Türkiyə rəsmilərinin Qars şəhərində keçirilən görüşünü də mühüm hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, həmin görüşdə Gümrü-Qars dəmir yolunun bərpası və yenidən istismara verilməsi məqsədilə birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub.

Məlumata görə, aprelin 28-də məhz bu istiqamətdə Ermənistan-Türkiyə birgə işçi qrupunun növbəti toplantısı baş tutub. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər Gümrü–Qars dəmir yolunun qısa müddətdə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Bu addımın regionda nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.



Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap