Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Mədəniyyət Nazirliyi deputatın oğlu ilə 1,9 milyonluq müqavilə imzaladı - Qalanı təmir edəcək

Tarix 27.04.26, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Diler İnşaat” QSC (VÖEN – 1403566801) olub.

Yeniavaz.com xəbər verir ki, nazirlik Lənkəran şəhərində yerləşən “Dairəvi qala”nın bərpası işlərinin satın alınmasına görə “Diler İnşaat”” QSC-yə 1 milyon 872 min 243 manat ödəyəcək.

Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Diler İnşaat” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Onu da bildirək ki, “Diler İnşaat” QSC-nin sahibi millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadədir.

Məlumat üçün qeyd edək ki, Lənkəran şəhərindəki “Dairəvi qala” 1747-1786-cı illərdə Nadir şahın göstərişi ilə avropalı mühəndislər və Təbrizdən gətirilən ustalar tərəfindən inşa edilib.

Qala 1869-cu ildən 1970-ci ilədək həbsxana kimi istifadə edilib. Buna görə də el arasında “Dairəvi qala” – “Zindan qala” kimi də tanınır. İosif Stalin 1903-1904-cü illərdə poçt qatarının qarətinə görə tutulduqdan sonra bir müddət burada saxlanılıb. “Dairəvi qala”da 1970-1990-cı illərdə tikiş fabriki fəaliyyət göstərib.

Abidə üç mərtəbədən ibarətdir. Tiklinin hündürlüyü 20 metr, diametri 72 metr, divarının qalınlığı aşağıda 2,8 metr, yuxarıda 1,5 metrdir. Qalanın divarları və döşəməsi qırmızı kərpicdən hörülüb. Dam örtüyü isə kirəmitdəndir. 2006-cı ildə yerli əhəmiyyətli memarlıq abidəsi olan qalada təmir-bərpa işləri aparılıb.



Xəbərin oxunma sayı : 943




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap