Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Suriyadakı Rusiya bazası ləğv olunur - Hmeymim təlim mərkəzinə çeviriləcək

Tarix 25.04.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Suriya hakimiyyəti Rusiyaya məxsus Hmeymim aviabazasını təlim və humanitar mərkəzə çevirməyi planlaşdırır. Bu barədə “Kommersant” qəzeti Suriya mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, obyekt gələcəkdə Rusiya və Suriya arasında birgə idarə oluna bilər, lakin yalnız qeyri-hərbi məqsədlər üçün istifadə ediləcək. Bildirilir ki, baza əsasən Suriya təhlükəsizlik qüvvələrinin hazırlanması üçün platformaya çevriləcək. Mənbələrə görə, hazırda bu qüvvələrin baza səviyyəsində hazırlığında ciddi çatışmazlıqlar var.

Dəməşq həmçinin rusiyalı təlimatçıları tədris proqramlarına cəlb etməyi planlaşdırır.

Bəşər Əsəd rejiminin süqutundan sonra Moskva ilə yeni Suriya hakimiyyəti arasında əməkdaşlığın taleyi qeyri-müəyyən olaraq qalır. Ölkənin faktiki lideri Əhməd əş-Şaraa isə daha əvvəl Rusiya ilə mövcud razılaşmalara əməl etməyə hazır olduqlarını bildirib.

Hazırda Rusiya Suriyada hərbi mövcudluğunu qoruyur. Moskva Latakiya vilayətində yerləşən Hmeymim bazasına və Tartusdakı donanmanın maddi-texniki təminat məntəqəsinə nəzarət edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirib ki, Suriya hakimiyyəti Rusiyanın ölkədə qalmasında maraqlıdır, lakin bu iştirakın formatı dəyişərək daha çox humanitar funksiyalara yönələ bilər.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap