Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Tarix 24.04.26, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu hərbi əməliyyatın nəticələrinə mərc edərək məxfi məlumatlardan istifadə etməkdə şübhəli bilinərək saxlanılıb. 

Bu barədə "Axios" nəşri yazır.

Fort Breqq bazasında xidmət edən master-serjant Gennon Ken Van Daykın Venesuela prezidenti Nikolas Maduroya qarşı yönəlmiş reyd barədə gizli məlumatlardan istifadə edərək proqnoz platformasında mərc etdiyi iddia olunur.

İstintaqın məlumatına görə, hərbçi əməliyyatın planlaşdırılması və icrasında birbaşa iştirak edib, bu da ona qapalı məlumatlara çıxış imkanı verib. O, bu məlumatlardan istifadə edərək Venesueladakı hadisələrin inkişafı ilə bağlı proqnozlar verib.

Federal Tədqiqat Bürosu (FTB) bildirib ki, şübhəli şəxs əməliyyatın gedişi ilə bağlı proqnozların alqı-satqısı hesabına 400 min dollardan çox gəlir əldə edib.

Bu iş artıq presedent kimi qiymətləndirilir. Belə ki, bu, proqnoz bazarında insayder məlumatlardan istifadəyə görə cinayət təqibinin ilk hallardan biri ola bilər. ABŞ hakimiyyəti bu cür əməlləri milli təhlükəsizliyin və maliyyə qanunvericiliyinin ciddi pozuntusu kimi dəyərləndirir.

Xatırladaq ki, yanvarın əvvəlində ABŞ hərbçiləri Karakasda Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirmək üçün əməliyyat həyata keçiriblər. ABŞ ordusu tərəfindən saxlanılan Venesuela lideri və həyat yoldaşı daha sonra Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap