Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ağlayaraq yanına gəldi... - Ərdoğanın da gözləri doldu + VİDEO

Tarix 24.04.26, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel tədbirləri çərçivəsində Ankaradakı Prezident iqamətgahı Beştepe Külliyesində uşaqlarla görüş keçirib. Görüş zamanı illər əvvəl Siirtdə oxuduğu və həbsinə səbəb göstərilən “Əsgər duası” şeirinin yenidən səsləndirilməsi diqqət çəkib.

Tədbirdə Türkiyənin milli təhsil naziri Yusif Təkin və müxtəlif bölgələrdən gəlmiş məktəblilər iştirak edib. Görüş zamanı 2-ci sinif şagirdi Bəngü Yeşilbaş özünün yazdığı şeir kitabını Prezidentə təqdim edib. Kitabın müəllifinin özü olduğunu bildirən şagirdə cavab olaraq Ərdoğan “Mən də bunu tək-tək oxuyacağam” deyib. Daha sonra Bəngü Yeşilbaş akrostiş üsulu ilə yazdığı “Rəcəb Tayyib Ərdoğan” şeirini səsləndirib.

Tədbirin emosional anları isə Kırklarelinin Vize rayonundan olan 4 yaşlı Gülsu Işıl Qorxmaz və qardaşı Mutlucan Qorxmazın çıxışı zamanı yaşanıb. Sosial şəbəkələrdə “Bayraq” şeirini oxuması ilə tanınan Azra da tədbirdə eyni şeiri səsləndirib.

Mutlucan Qorxmazın daha əvvəl Prezidentlə görüşmək arzusu ilə bağlı paylaşdığı video və göz yaşları tədbirdə xatırladılıb. Uşağın ağladığını görən Ərdoğan ona “Mutlucanlar ağlamaz” deyərək təsəlli verib. Həmin anlarda Prezidentin də kövrəldiyi və göz yaşlarını sildiyi müşahidə olunub.

Daha sonra Mutlucan Qorxmaz “Minarələr süngü, qübbələr miğfer” misraları ilə tanınan “İlahi Ordu” şeirini səsləndirib.






Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap