Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə tender verildi - 9 milyonluq

Tarix 22.04.26, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

AzFakt.com xəbər verir ki, tenderin qalibi "Tais İKF” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 9 314 440,94 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Tais İKF” MMC 30 iyun 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. 

Qeyd edək ki, 2023-cü ildə Bakıda fəaliyyət göstərən 20 saylı məktəb-liseydə zəhərlənmə baş vermişdi və 6 nəfər 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şagirdlər toyuq ətindən zəhərlənib. Eyni zamanda qeyd olunurdu ki, 20 saylı məktəb-liseydə iaşə xidmətini "Tais ikf” MMC təşkil edib. 



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap