“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

AFFA-dan “Neftçi”yə ağır cərimələr - Baş məşqçisi cəzalandı

Tarix 21.04.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçi” klubu 26 200 manat cərimələnib.

AzFakt.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna “Zirə”yə qarşı keçirilmiş Misli Premyer Liqasının XXVIII turunun oyununda yaşananlar səbəb olub.

Qarşılaşmada “Neftçi”dən beş nəfər sarı vərəqə alıb. Buna görə “ağ-qaralar” 700 manat ödəyəcək.

Komandanın baş məşqçisi Yuri Vernidub 90+8-ci dəqiqədə hakimin qərarına etiraz ucbatından birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, kluba isə 5000 manat cərimə tətbiq edilib.

Ukraynalı mütəxəssisin köməkçisi Dmitro Kara Mustafa eyni səbəbdən 1 matçlıq cəzaya məruz qalıb. Bakı təmsilçisi daha 5000 manat ziyana düşüb.

“Neftçi”nin futbolçusu Breno Almeyda da 90+5-ci dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görüb. O da bir oyun komandasına kömək edə bilməyəcək. “Ağ-qaralar” buna görə 3000 manat ödəməli olacaq.

Bundan əlavə, komandanın azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığı üçün klub 8000 manat cərimələnib. Fanatlar meydana kənar aşyalar da atıblar. Bakılılar bu səbəbdən daha 4500 manatından keçməli olacaq.

Bundan əlavə, “Zirə” də cərimələnib. Beş nəfər sarı vərəqə aldığı üçün “qartallar” 700 manat ziyana düşüb. Köməkçi məşqçi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğu üçün qırmızı vərəqə alıb və ona 1 oyunluq cəza verilib. Qəsəbə klubu 2000 manat cərimə ödəyəcək.

Görüş bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulub və “Zirə” buna görə 3000 manat cərimə olunub. Dəymiş zərər məhz bu klub tərəfindən ödəniləcək.



Xəbərin oxunma sayı : 1099




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap