“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Qaraj alanda aldanmamaq üçün - Bu yazını oxuyun!

Tarix 24.06.26, 10:24

Font ölçüsü : - / +
bitmap-img6


50 000, 22 000, 18 000 və ya 16 500 manat - bunlar elan saytlarında çoxmərtəbəli binaların zirzəmisində qaraj adı ilə satılan parklama yerlərinin qiymətidir. Üstəlik, bu yerlərin mülkiyyət sənədi də mövcud deyil.

Bəs, hər kvadratmetri az qala, mənzillə eyni qiymətə təklif olunan belə yerlərin alqı-satqısı nə dərəcədə qanunidir?

“Qafqazinfo” xəbər verir ki, bir çox hallarda binaların sözügedən hissəsi mühəndis-kommunikasiya təminatının (binaların istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) yerləşdirilməsi üçün nəzərdə tutulur. Qanunvericiliyə əsasən, mühəndis-kommunikasiya təminatı istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir.

Ərazinin digər məqsədlərlə tutulması və ya bağlanması qəza və ya təmir zamanı əngəl də törədə bilər. 

Digər tərəfdən, Mənzil Məcəlləsinə görə, həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yəni, çoxmərtəbəli binadakı parklanma kimi istifadə edilən zirzəmilərin əraziləri həmin binadakı bütün mülkiyyətçilərə aiddir. 

Qanunla mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər. Bir şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 

Ən əsası isə binanın altında qeyri-yaşayış sahəsi, o cümlədən qaraj yeri binanın layihəsində nəzərdə tutulmalıdır. 

Elə qeyd edilən bütün bu amillərdən irəli gələrək təcrübədə bu cür qaraj yerlərinə görə çıxarış almaq asan olmur. Bu baxımdan qaraj adı altında parklama alarkən onun çıxarışının olması vacibdir. Əks təqdirdə, həmin yer binadakı digər sakinlərlə mübahisəyə səbəb ola bilər. Həmçinin belə yerlərin qanuni satışı da mümkün olmur. 

Bununla belə, təcrübədə çoxmənzilli binalarda mülkiyyət sənədi ilə satışa çıxarılan qaraj kimi təqdim edilən parklama yerləri də az deyil. Belə əmlakların qiyməti sənədsiz olanlarla müqayisədə daha yüksək olmaqla yerləşdiyi əraziyə görə dəyişir. Ancaq maraqlıdır ki, elan saytlarında çıxarışı olduğu göstərilən qaraj yerlərinin sırasında parklama yeri kimi layihələndirilən ərazilərlə yanaşı, bir çox hallarda mühəndis-kommunikasiya təminatının yerləşdiyi zirzəmi ərazilər də olur. 



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap