“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Pambıqçılığın inkişafına mane olan problemlər var“ - Məcnun Məmmədov

Tarix 24.06.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda pambıqçılığın inkişafına mane olan problemlər var".

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

"Bunlardan biri sahələrin xırda və parçalanmış olmasıdır. Kiçik və bir-birindən uzaq yerləşən əkin sahələri müasir kənd təsərrüfatı texnikasından səmərəli istifadəyə mane olur, mexanikləşdirilmiş yığım prosesini çətinləşdirir və istehsal xərclərini artırır. Digər problem defoliasiya tədbirlərinin düzgün aparılmamasıdır. Defoliantların tətbiq vaxtının və normasının düzgün seçilməməsi qozaların açılmasına, məhsuldarlığın azalmasına və pambıq lifinin keyfiyyətinin pisləşməsinə səbəb olur. Bundan başqa, növbəli əkin sistemi zəif tətbiq olunur. Pambığın eyni sahədə uzun müddət becərilməsi torpaq münbitliyinin azalmasına, xəstəlik və zərərvericilərin artmasına, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. İxtisaslı kadr və işçi qüvvəsi çatışmazlığı var. Aqronom, mexanizator və pambıqyığan kombayn operatorlarının çatışmazlığı aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli icrasına mənfi təsir göstərir. Sahələr torpaq və su potensialına uyğun seçilmir. Pambığın aşağı münbitlikli, yüksək şoranlaşmış və su təminatı zəif olan sahələrdə əkilməsi istehsalın səmərəliliyini və məhsuldarlığı azaldır", - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, 2030-cu ilə qədər müasir suvarma sistemləri ilə təmin olunan pambıq sahələri 42 min hektara çatdırılacaq: "Pambıq sahələrinin müasir suvarma sistemləri ilə təminatının genişləndirilməsi nəzərdə tutulur. 2026-cı ildə pambıq əkinlərinin 6,6 min hektarı müasir suvarma sistemləri ilə təmin edilib. Bu sahələrin 6 527 hektarında pivot, 22 hektarında sprinkler, 8 hektarında isə damlama suvarma sistemləri tətbiq olunub. Dövlət Proqramına əsasən, 2030-cu ilə qədər müasir suvarma sistemləri ilə təmin edilmiş pambıq əkinlərinin sahəsinin təxminən 42 min hektara çatdırılması hədəflənir. Bu məqsədlə müvafiq qurğu və avadanlıqların dəyərinin 40 %-nə qədər hissəsinə güzəşt tətbiq ediləcək, kreditlər üzrə 40–50 % subsidiyası veriləcək, həmçinin əməliyyat xərclərinin bir hissəsinin ödənilməsi üçün əlavə subsidiya mexanizmləri nəzərdə tutulacaq"/Report.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap