Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Musiqiçi azyaşlının həyatını təhlükəyə atdı - VİDEO

Tarix 20.04.26, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yolda təhlükəli şəkildə qayda pozuntusu edən daha bir sürücü bu əməlinin videosunu sosial şəbəkə hesabında paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Göyçay rayonunda qeydə alınıb. Belə ki, musiqiçi kimi fəaliyyət göstərən Rəhman Yediyarov adlı sürücü idarə etdiyi 77-QE-051 qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sükanı arxasında olarkən körpə uşağı qucağında saxlayaraq maşını tək əli ilə sürüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sərnişindaşıma qaydalarını pozan sürücü polis əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, azyaşlıların avtomobilin ön oturacağında daşınması, sürücünün qucağında kimisə aparması qanunla qadağandır və inzibati məsuliyyət yaradır.






Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap