Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Leobank“dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Tarix 18.04.26, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


PR üzrə mütəxəssis Vüqar Baba "Leobank"ın xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı ciddi tənqidlərlə çıxış edib.

Qaynarinfo xəbər verir ki, V.Baba adıçəkilən bankla əməkdaşlığına son qoyduğunu açıqlayıb. Ekspert bildirib ki, ötən ilin iyul ayında tətbiq vasitəsilə 3 illik kredit rəsmiləşdirsə də, ötən müddət ərzində bankın kommunikasiya siyasəti dözülməz həddə çatıb. Belə ki, ödənişlərini heç vaxt gecikdirməməsinə baxmayaraq, hər ay ödəniş tarixinə xeyli qalmış həm tətbiq, həm SMS, həm də birbaşa zənglər vasitəsilə mütəmadi xatırlatmalar alıb.

Vüqar Baba bu vəziyyəti müştəriyə qarşı hörmətsizlik və etik qaydaların pozulması kimi qiymətləndirib: "Tanımadığım nömrələrdən gələn bu zənglər iş prosesimi və görüşlərimi yarımçıq qoyur. Üstəlik, kənar şəxslərin yanında edilən bu zənglər mənim kredit öhdəliyimin olması və sanki ödənişi gecikdirməyim barədə yanlış təəssürat yaradır. Bu, birbaşa müştəriyə hörmətsizlikdir".

Onun sözlərinə görə, bankın qaynar xəttinə və digər platformalarına edilən çoxsaylı şikayətlərə isə "bankın daxili qaydaları belədir, adınızı sistemdən çıxara bilmirik" cavabı verilib: "Heç bir daxili bank qaydası ölkənin qanunvericiliyindən və istehlakçı rahatlığından üstün tutulmamalıdır. Əgər sizin sisteminiz müştərini narahat edirsə, deməli, sisteminiz qüsurludur və düzəltməlisiniz".

Vüqar Baba, narazılıq əlaməti olaraq 3 illik kreditini vaxtından əvvəl – cəmi 9-cu ayında tamamilə bağlayıb. O, hesabındakı vəsaitləri digər banklara yönəltdiyini, yaxın günlərdə isə "Leobank" kartını birdəfəlik ləğv edəcəyini bəyan edib. Sonda o, bankların müştəri rəyinə biganə qalmasının və düzgün kommunikasiya qura bilməməsinin müasir biznes prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.

V.Babanın yazdığına cavab olaraq "Leobank"dan bildirilib ki, bank tərəfindən müştərilərə edilən zənglər və göndərilən SMS bildirişləri əsasən məlumatlandırma və xatırlatma xarakteri daşıyır: "Bu əlaqə vasitələri ödəniş tarixindən əvvəl müştərilərin ödənişlərini vaxtında həyata keçirmələrinə dəstək məqsədilə həyata keçirilir və Bankın standart prosedurlarına uyğundur.

Bununla belə, yaranmış vəziyyətə görə səmimi qəlbdən üzr istəyirik. Baş vermiş narahatlığa görə sizi tam anlayırıq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görüləcək. Sizin rahatlığınız bizim üçün önəmlidir və göstərdiyimiz xidmətlərin keyfiyyətini daim yaxşılaşdırmağa çalışırıq".



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap