Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək“ - Çavuşoğlu

Tarix 17.04.26, 14:46

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək, iyulda Ankarada keçiriləcək NATO sammiti isə gərginliyin azaldılmasına və alyans müttəfiqləri arasında birliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Bu barədə Türkiyənin sabiq xarici işlər naziri, ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ölkələri çox vaxt Aİ-yə daxil olmayan ölkələri, o cümlədən Türkiyə kimi NATO tərəfdaşlarını gözardı edirlər.

"Türkiyə kimi bir ölkə olmadan Avropanın təhlükəsizlik arxitekturasını qurmaq qeyri-mümkündür. Ankaradakı sammitdə prezident (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) qonaqları qəbul etməklə yanaşı, gərginliyin azaldılması və NATO müttəfiqləri arasında birlik və həmrəyliyin bərpa olunması üçün səylər göstərmək niyyətindədir", - o, Antalya Diplomatiya Forumunun panel sessiyasında çıxış edərkən bildirib.

ABŞ Prezidenti Donald Tramp tərəfindən NATO-nun fəaliyyətinin tənqid edilməsinə toxunan Çavuşoğlu qeyd edib ki, onun ilk prezidentlik dövründə Vaşinqtonun əsas gözləntisi avropalı müttəfiqlərin NATO-nun fəaliyyətinə və əməliyyatlarına töhfəsinin artırılması idi.

"Lakin Trampın bəyanatları - xüsusilə də avropalı müttəfiqlərə və NATO-ya münasibətdə - Avropada təkcə narahatlıq yaratmadı, həm də Qrenlandiya ətrafındakı vəziyyət kimi bir sıra məsələləri kəskinləşdirdi. Bu da öz növbəsində Avropanın strateji muxtariyyəti, yəni onun təhlükəsizlik sahəsində müstəqilliyi ilə bağlı müzakirələri sürətləndirdi və ya ən azından müvafiq səyləri fəallaşdırdı", - Çavuşoğlu əlavə edib.


Onun sözlərinə görə, Avropa ölkələri, müttəfiqlər və digər dövlətlər, o cümlədən Türkiyə həm öz təhlükəsizliyini, həm də Avropanın təhlükəsizliyini təmin etmək üçün öz potensialını gücləndirməlidir.

"Avropalılara məsləhətimiz ondan ibarətdir ki, Avropa ölkələrinin, müttəfiqlərin və digər dövlətlərin, o cümlədən Türkiyənin öz təhlükəsizliyini və Avropanın təhlükəsizliyini təmin etmək üçün öz potensialını gücləndirməsi son dərəcə vacibdir. Lakin bu, NATO-ya alternativ kimi nəzərdən keçirilməməlidir", - o vurğulayıb.



Xəbərin oxunma sayı : 1186




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap