Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır - Tramp

Tarix 13.04.26, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində öz kursunu “çox ciddi” şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onlar Rusiyaya qarşı müdafiə olunsunlar. Düşünürsünüzsə, biz Rusiyaya qarşı müdafiədə dayanırıq. Mən uzun müddətdir ki, bunun bir qədər gülünc olduğunu düşünürəm. Amma biz bu fəaliyyətə trilyonlarla dollar xərcləyirik. Hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə nəzərdən keçiriləcək”, – deyə o vurğulayıb.

Ağ Ev rəhbəri İran ətrafındakı vəziyyət fonunda NATO müttəfiqlərinin mövqeyinə də toxunaraq bildirib: “Biz NATO üçün trilyonlarla dollar ödəyirik, lakin onlar bizi dəstəkləmədilər”.

ABŞ liderindən İranla bağlı qərarlarından narazı qaldığı NATO müttəfiqlərinə qarşı hər hansı tədbir görüb-görməyəcəyi soruşulduqda, o, suala birbaşa cavab verməkdən yayınıb. “Görəcəyik necə olacaq”, – deyə Tramp qeyd edib və əlavə edib: “Mən NATO-dan çox məyus oldum, onlar bizə kömək etmədilər”.



Xəbərin oxunma sayı : 1501




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap