Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib - VİDEO

Tarix 10.04.26, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Aramsız yağışlar səbəbindən sürüşməyə məruz qalan Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib. Artıq sürüşmə sahəsinin eni 4-5 kilometrə çatıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər rayon mərkəzinə getmək üçün sürüşmə sahəsinə qədər avtomobillə gəlir, daha sonra yolu piyada davam etdirməyə məcbur qalırlar. Qonaqkənd sakinləri mağazalarda ərzaq qıtlığının yaranacağından narahatdırlar.

Hadisə ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri əraziyə baxış keçiriblər. Artıq Qonaqkənd istiqamətində alternativ yolun çəkilişinə başlanılıb.

Yeni yol sürüşmənin baş verdiyi 41-ci kilometrdən başlayaraq köhnə Qonaqkənd yolu istiqamətində təxminən 6 kilometr məsafəni əhatə edəcək.

Onu da qeyd edək ki, Quba-Qonaqkənd yolunun 42-ci kilometrliyindən əlavə, təxminən 2 kilometr aralıda daha bir ərazidə sürüşmə aktivləşib. Kəndlərdə elektrik və rabitə təminatı bərpa edilib. Hazırda yalnız qaz təchizatı və nəqliyyat əlaqəsində problem qalmaqdadır.





Xəbərin oxunma sayı : 1090




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap