Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Masaj salonunun sahibini belə aldatdı - Qara kostyum, qırmızı vəsiqə...

Tarix 18.05.26, 16:27

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda masaj salonlarından birinin sahibi özünü yalandan hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxs tərəfindən şantaj edilib.

“Qafqazinfo”nun məlumatına görə, həmin iş üzrə məhkəmə araşdırması başlayıb.

İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən Səid Rüstəmzadə maraqlı üsulla cinayət törədib. O, Nəsimi rayonunda yerləşən masaj salonlarından birinin sahibinə özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəsmi nümayəndəsi kimi təqdim edib. Deyib ki, bundan sonra yalnız onun “nəzarəti” altında işləyə bilər. 

Salon rəhbəri deyir ki, Səid onda tam dövlət işçisi təəssüratı yaradıb. O, qara kostyum geyinib, əlində isə içərisində sənədlər olan qırmızı vəsiqə daşıyıb. Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb. Səid salon rəhbərindən ümumilikdə 30 min manat “himayədarlıq haqqı” tələb edib.

Bir müddət sonra onun cinayət planı ifşa edilib, S.Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığı məlum olub. Şikayət əsasında o, hədə-qorxu vasitəsilə tələb etmə ittihamı ilə həbs edilib.

Salonda masajçı işləyən qadınlar da hadisənin ittihamda deyildiyi kimi baş verdiyini təsdiq ediblər.



Xəbərin oxunma sayı : 235




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap