Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Mənim xəbərim olmadan evim satılıb“ - ŞİKAYƏT/ VİDEO

Tarix 16.05.26, 20:24

Font ölçüsü : - / +
bitmap-img6


Masazır qəsəbəsində yaşayan Hüseyn Mustafayev 10 min manat borca görə 110 minlik evindən olduğunu iddia edir.   

O, bu iddianı "Xəzər Xəbər"ə şikayətində səsləndirib.

Xezerxeber.az-ın məlumatına görə, Hüseyn Mustafayev bildirir ki, 2019-cu ildə 5 otaqlı fərdi yaşayış evini "Kəpəz" Bank Olmayan Kredit Təşkilatına (BOKT) girov qoyaraq oradan 10 min manat kredit götürüb. Razılaşmaya əsasən, faizlə birlikdə ümumi ödənişin 3 il ərzində 20 min manat olması nəzərdə tutulub. Borcun bir hissəsi ödəndikdən sonra gecikmə yaranıb və faiz hesablanıb.

Şikayətçinin iddiasına görə, Bank Olmayan Kredit Təşkilatı ilə aralarında olan problem bununla da yekunlaşmayıb. Sonradan dəyəri təxminən 110 min manat olan evi hərraca çıxarılıb və 51 min manata satılıb. Evin hərraca çıxarılması ilə bağlı da sahibinə heç bir məlumat verilməyib.

Vətəndaşın iddiaları ilə bağlı "Kəpəz" Bank Olmayan Kredit Təşkilatın ofisinə yaxınlaşdıq. Lakin qeyri-iş günü olduğu üçün ofisin qapısı bağlı idi. Rəsmi saytlarında yerləşdirilən telefon nömrəsinə zəng etsək də, cavab verən olmadı.




Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap