Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Oğuz sakinləri örüş sahəsinin zəbt olunduğunu iddia edirlər - VİDEO

Tarix 16.05.26, 21:36

Font ölçüsü : - / +
bitmap-img6


Oğuzun Çaldaş kəndinin sakinləri örüş sahəsinin zəbt edildiyini iddia edirlər. Qarşı tərəf isə həmin ərazi ilə bağlı rəsmi sənədlərinin olduğunu bildirir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, əsas məşğuliyyətləri heyvandarlıqdır.

Onların sözlərinə görə, kəndin Qaratorpaq istiqamətində olan dağlıq ərazidən həmişə otlaq sahəsi kimi istifadə ediblər, lakin hazırda həmin ərazinin 87 hektarını Şəkidən olan fermer alıb və orada heyvandarlıq təsərrüfatı yaratmaq istəyir.

Sakinlər bildirirlər ki, otlaq yeri olmadığından heyvan saxlamaq onlar üçün problemə çevrilib.

Çaldaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elçin Babayev sorğumuza cavab olaraq bildirdi ki, sakinlərin qeyd etdiyi əraziyə qədər olan, kənddən təxminən 1 kilometr məsafədə yerləşən sahə Çaldaş kəndinin örüş ərazisidir və Oğuz rayonunun Çaldaş kəndinə aiddir. Onun sözlərinə görə, sözügedən 87 hektarlıq sahə isə onlara məxsus deyil və Şəki rayonunun Qaratorpaq kəndi ərazisinə daxildir.

Qaratorpaq sakini Natiq Məmmədov isə həmin sahəni 2022-ci ildən icarəyə götürdüyünü təsdiqləyən rəsmi sənədi təqdim edib. O bildirib ki, sakinlərin narazılığı səbəbindən yenidən ödəniş edərək, onların iştirakı ilə kadastr ölçüləri aparılıb və ərazinin sərhədləri dəqiqləşdirilib. Natiq Məmmədovun sözlərinə görə, Çaldaş kəndinin 3 sakini Qaratorpaq kəndindən 500 hektar örüş sahəsi icarəyə götürüb. O, öz sahəsini həmin şəxslərlə ölçüyə uyğun dəyişməyi də təklif etdiyini, lakin sakinlərin bununla razılaşmadığını bildirib.

Natiq Məmmədov onu da əlavə edib ki, problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.






Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap