Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Maştağada bəzi həyət evlərini çömçəquyruqlar basdı - VİDEO

Tarix 12.05.26, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib... Sakinlər də çətinliklə hərəkət edirlər...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki, uzun müddətdir bu problemlə üz-üzədirlər. Hətta, ərazi müxtəlif su canlılarının, o cümlədən də çömçəquyruqların məskəninə çevrilib. Müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, məsələ həllin tapmır.

 Sakinlərin sözlərinə görə, ərazidə yaşayan bir neçə ailə evlərini su basdığı buradan köçüb. Gedə bilməyənlər isə bu vəziyyətlə barışmalı olublar.

 İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, mərkəzləşmiş  tullantı su şəbəkəsi olmayan ərazilərdə agentliyin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Həmçinin diqqətə çatdırılıb ki, fevraldan su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə "ASAN Xidmət", "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidirlər.




Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap