“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Daha bir legioner “Qarabağ“dan getdi - Bu kluba keçdi

Tarix 27.06.26, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ”ın daha bir ulduz futbolçusu komandanı tərk edib.

AzFakt.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. 

Bildirilib ki, Leandro Andrade Ukraynanın "Polesye” klubuna transfer edilib. Ukrayna klubunun təklifi və yarımmüdafiəçinin istəyi nəzərə alınaraq müsbət cavablandırılıb. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və razılıq əldə olunub.

Qeyd edək ki, kabo-verdeli futbolçu 2022-ci ilin yanvarından "Qarabağ”ın formasını geyinir. O, komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.

"Qarabağ”ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub.

Leandro "Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub. O, "Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. Belə ki, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

Onu da bildirək ki, L.Andrade "Qarabağ” klubunun ən bahalı oyunçusu idi. Onun transfer dəyəri 3,5 milyon avrodur.



Xəbərin oxunma sayı : 133




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap