“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

250 tələbənin məzun gecəsi baş tutmadı - 46 min manatlıq dələduzluq iddiası

Tarix 25.06.26, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunlarına qarşı dələduzluq edildiyi iddia olunur.

Yeniavaz.com-a müraciət edən tələbələrin sözlərinə görə, məzun gecəsinin təşkili ilə bağlı “Eclipse” adlı təşkilatla razılıq əldə olunsa da, tədbirə cəmi bir neçə saat qalmış gecənin baş tutmayacağı bildirilib.
“24 iyun 2026-cı il tarixində Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün təşkil olunmalı olan məzun gecəsi son anda ləğv edildi. Tədbirə cəmi bir neçə saat qalmış tələbələrə gecənin baş tutmayacağı bildirildi”, - deyə tələbələr qeyd ediblər.

Onların sözlərinə görə, daha sonra təşkilat tərəfindən ödənişlərin gün ərzində geri qaytarılacağı vəd edilsə də, bu baş verməyib:
“Təşkilat tərəfindən günün sonunadək ödənişlərin geri qaytarılacağı bildirildi. Lakin həmin vaxtdan etibarən nə mesajlarımıza, nə də telefon zənglərimizə cavab verilir. Artıq iki gündür təşkilatla əlaqə saxlamaq mümkün deyil”.
Qeyd edək ki, tədbir üçün təxminən 250 tələbənin hər birindən 185 manat olmaqla, ümumilikdə 46 min 250 manat vəsait toplanıb.
Onu da bildirək ki, sözügedən təşkilat bir neçə gün əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün də məzun gecəsi təşkil edib. Həmin tədbirdən sonra bəzi tələbələr vəd edilən xidmətlərin bir qisminin təqdim olunmadığını bildiriblər.
“Bizdən alınan 215 manata göstərilən xidmətlər əsla dəymədi. 215 manat müqabilində vəd edilən xidmətlərin heç biri təqdim olunmadı. Fotozona qurulmadı, yeməklər zəif idi, tort təqdim olunacağı bildirilsə də, gətirilmədi. Dron çəkilişi üçün ayrıca ödəniş alınsa da, bu xidmət də göstərilmədi. Vəd olunub yerinə yetirilməyən xidmətlərə görə ödənilən məbləğin qaytarılmasını tələb edirik”, - deyə tələbələr sosial şəbəkələrdə paylaşım ediblər.
Məlumat üçün bildirək ki, hər iki universitetin tələbələri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər. Hazırda fakt üzrə araşdırma aparılır.



Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap