“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb“ - Rubio

Tarix 25.06.26, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Marko Rubio Moskvanın Ankoricdə əldə edilmiş razılaşmaların Vaşinqton tərəfindən pozulduğu barədə iddialarını şərh edib.

APA-nın xəbərinə görə, ABŞ dövlət katibi Bəhreyndə jurnalistlərə açıqlamasında deyib ki, Alyaskada ABŞ və Rusiya arasında hər hansı razılaşma imzalanmayıb.

“Təklif Alyaskada irəli sürülmüşdü. Amma o heç vaxt razılaşmaya çevrilmədi”, – Rubio bildirib.

Rubio isə qeyd edib ki, Rusiya Donbas ərazisinin tam nəzarətə verilməsi də daxil olmaqla bir sıra tələblər irəli sürüb, lakin tərəflər arasında yekun razılıq əldə olunmayıb.

“Rusiya Donbasın bütün ərazisinin ona verilməsini istəyirdi, həmçinin başqa məsələlər qaldırıb. Lakin heç bir razılaşma olmayıb. Əgər belə bir razılaşma olsaydı, müharibə artıq başa çatmış olardı”, – ABŞ dövlət katibi vurğulayıb.

Rubio əlavə edib ki, ABŞ Ukraynada müharibənin başa çatdırılması istiqamətində konstruktiv rol oynamağa hazır olaraq qalır.

Xatırladaq ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov iyunun 23-də “Primakov qiraətləri” forumunda çıxışı zamanı Vaşinqtonun Ankoricdə Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmalardan geri çəkildiyini qeyd edib.



Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap