“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Venesuelada xəstəxanalarda dərman çatmır: Zəlzələ qurbanları dəhlizlərdə müalicə olunur

Tarix 27.06.26, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Antibiotik, anestezik və tibbi ləvazimat qıtlığı xilasetmə işlərini çətinləşdirir, iki xəstəxana dağılıb

CNN telekanlının məlumatına görə, Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra ölkənin səhiyyə sistemi ciddi böhranla üzləşib.

Xəstəxanalarda həyati əhəmiyyət daşıyan dərman vasitələri, o cümlədən antibiotiklər, anestezik preparatlar və fizioloji məhlul çatışmır. Yaralıların bir hissəsi xəstəxanaların dəhlizlərində müalicə olunur, tibb işçiləri isə zəruri resursların olmaması səbəbindən mövcud imkanlarla vəziyyətdən çıxmağa çalışırlar.

Venesuela Milli Tibb Akademiyasının sabiq prezidenti Xuniades Urbina-Medina bildirib ki, ölkənin səhiyyə sistemi zərərçəkənlərə lazımi tibbi yardım göstərmək iqtidarında deyil.

“Bizim yardım göstərmək imkanımız yoxdur. Tibbi qazlarımız, ağrıkəsicilərimiz, anesteziklərimiz və antibiotiklərimiz yoxdur”, – deyə o vurğulayıb.

Həkimin sözlərinə görə, Venesuela uzun illərdir səhiyyə sahəsində sistemli çatışmazlıqlarla üzləşir. Xəstəxanalarda çarpayı, ağrıkəsici preparatlar, birdəfəlik xalatlar və hətta kağız salfetlər belə çatışmır. Bəzi hallarda pasiyentlərdən əməliyyatdan əvvəl lazım olan tibbi ləvazimatları öz hesablarına almaları tələb olunur.

Urbina-Medina qeyd edib ki, ölkənin səhiyyə sistemi faktiki olaraq dərin tənəzzül mərhələsinə daxil olub və mövcud infrastruktur kütləvi zərərçəkən axınının öhdəsindən gəlməkdə acizdir.

Beynəlxalq Xilasetmə Komitəsi də humanitar yardımın çatdırılmasının ciddi problemlərlə müşayiət olunduğunu açıqlayıb. Bildirilib ki, Venesuelada nəqliyyat və logistika infrastrukturunun zəif vəziyyəti yardım əməliyyatlarını xeyli çətinləşdirir.

Qeyd olunub ki, ölkənin əsas hava limanının zədələnməsi tibbi ləvazimatların və digər humanitar yüklərin kifayət qədər həcmdə çatdırılmasına mane olur.

Bundan əlavə, zəlzələlər nəticəsində azı iki xəstəxana – biri paytaxt Karakasda, digəri isə La-Quayrada tamamilə dağılıb. Məlumata görə, hər iki tibb müəssisəsinin binaları köhnə olub və uzun müddət lazımi səviyyədə istismar edilməyib.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap