Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Azərbaycan çempionatında qalmaqal: Meydana 9 nəfərlə çıxdılar, futbolçuları günahlandırdılar

Tarix 18.05.26, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan İkinci liqa təmsilçisi "Şəki Siti” klubu səhifəsində maraqlı açıqlama yayıb. 

AzFakt.com xəbər verir ki, klub bəzi futbolçularını oyunlara gəlməməkdə günahlandıraraq onların adlarını açıqlayıb:

"Şəki Siti” rəhbərliyi olaraq ictimaiyyətə bildirmək istəyirik ki, komandamızın bir neçə futbolçusu ikinci liqanın sonuncu turunda keçirməli oyunda iştirakdan imtina edib. 

Qeyd edək ki, adıçəkilən futbolçular ikinci dövrə ərzində keçirdikləri oyunların və may ayına qədər olan bütün ayların əmək haqlarını alıblar. Hazırda isə may ayı çərçivəsində cəmi iki oyun keçirilib və hər hansı rəsmi əmək haqqı gecikməsi mövcud olmayıb.
Buna baxmayaraq, futbolçular tərəfindən "son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin” kimi əsassız iddialar irəli sürülərək komandanın son oyununa çıxmaqdan imtina edilib. 

Oyunda iştirak etməyən futbolçular:

Rəsul İbrahimov
Zaur Fərzəliyev
Çərkəz Hüseynov
Mehdi Həşumov
Nazim Bağırov

Klub daxilində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, komandanın kapitanı Rəsul İbrahimov futbolçularla əlaqə saxlayaraq onların da oyunda iştirak etməməsi üçün çağırışlar edib və bir neçə oyunçunun oyuna gəlməsinə əngəl olub. Bu səbəbdən komanda bu gün XXVII turun "Ağstafa Gəncləri” ilə oyuna 9 nəfər oyunçu ilə çıxıb. 

Klub  rəhbərliyi baş verənləri peşəkar futbol prinsiplərinə və klub daxili intizam qaydalarına zidd davranış kimi qiymətləndirir və buna uyğun hüquqi addımlar atılacağı baradə öncədən oyunçulara xəbardarlıq edilib”. 



Xəbərin oxunma sayı : 553




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap