Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Bakı-Tbilisi dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix də açıqlandı

Tarix 18.05.26, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.

Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.

Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryolu daşımaları 6 illik fasilədən sonra 26 mayda bərpa olunacaq.



Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap