“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Penaltidir, ya yox?“ - UEFA prezidenti əllə oyun qaydasına “üsyan etdi“

Tarix 24.04.26, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin hakimlərin qərarları ilə bağlı "üsyan edib".

"Footmercato" nəşri xəbər verir ki, o, müasir hakimlərin bəzi addımları qarşısında çıxılmaz vəziyyətdə qaldığını və onların qərarlarını anlamaqda çətinlik çəkdiyini etiraf edib.

"Bəzən azarkeşlər oxşar epizodların müxtəlif matçlarda niyə fərqli qiymətləndirildiyini başa düşmürlər. Artıq mən özüm də heç nə anlamıram. Məsələn, əllə oynama qaydasını götürək: heç kim bunun penalti olub-olmadığını və ya qəsdən edildiyini aydınlaşdıra bilmir. Bunu necə müəyyən etmək olar? Axı sən psixiatr deyilsən", - deyə Çeferin bildirib.

UEFA rəhbəri vurğulayıb ki, meydandakı hakimlər yekun qərarları özləri verməlidir, VAR yalnız açıq-aşkar səhvlər zamanı işə qarışmalıdır:

"Müdaxilələr qısa edilməlidir, bəzi hallardakı kimi 10-15 dəqiqə uzanmamalıdır".



Xəbərin oxunma sayı : 1486




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap