Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Kredit gecikməsinə görə 100-dən çox tanışına zəng etdilər - Video

Tarix 20.05.26, 9:36

Font ölçüsü : - / +
bitmap-img6


Kredit gecikməsi səbəbindən təkcə şirkət qarışısında yox, həm də yaxınları arasında pis vəziyyətdə qaldığını bildirir. Dediyinə görə, telefonunun kontakt siyahısında olan 100-dən çox şəxsə onun krediti gecikdirməsi ilə bağlı zəng edilib.

 Hadisə paytaxt sakini Kənan Əlizadənin başına gəlib.

 "Xəzər Xəbər" müraciət edən vətəndaş deyir ki, təxminən 5 ay əvvəl bank olmayan kredit təşkilatından 500 manat kredit götürüb. Elə olanlar da bundan sonra baş verib. Belə ki, kreditinin bir neçə gün gecikməsi onu tanışları arasında çətin vəziyyətə salıb.

 Kənan Əlizadə deyir ki, kredit təşkilatının mobil əlavəsi vasitəsi ilə onun telefonundakı əlaqə siyahısındakı məlumatlar ələ keçirilib. Beləliklə kontaktında olan 100 nəfərdən çox şəxsə gecikmə ilə bağlı zəng daxil olub.

 Vəkil Anar Ramazanov isə deyir ki, bankların və ya kredit təşkilatlarının, kredit götürən şəxsin onlarla yaxınına zəng etməyi düzgün olmasa da, bu bəzən müqavilədə qeyd olunur. Vətəndaş imzaladıqdan sorna müqavilə əsas götürülərək bəzən sui-istifadə halları müşahidə oluna bilir.

Anar Ramazanovun sözlərinə görə, bu vəziyyətdən və belə zənglərdən narahat olan şəxslər məhkəməyə müraciət etdikdə, vurulan mənəvi sarsıntı və ya zərər qiymətləndirilərək şirkətdən tələb edilə bilər.





Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap