Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Pezeşkiandan sensasiyalı etiraflar: Rəsmi media prezidentin çıxışını ixtisar etdi - VİDEO

Tarix 19.05.26, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


İran Prezidenti Məsud Pezeşkian dünən, mayın 18-də dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri ilə görüşündə ABŞ və İsraillə müharibə nəticəsində ölkənin enerji infrastrukturuna böyük zərərin dəydiyini, istehsalın azaldığını və benzin çatışmazlığının yarandığını etiraf edərək, neft ixracının çətinləşdiyini bildirib və gözlənilən bahalaşma barədə xəbərdarlıq edib.

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"O, müharibənin həyati infrastruktur, iqtisadiyyat və ölkənin idarəetmə qabiliyyəti üzərində yaratdığı təzyiqi açıq şəkildə təsvir edib. Bu təsvir bir çox İslam Respublikası rəsmilərinin vəziyyətin tam nəzarətdə olduğu və hücumların təsirsiz qaldığı barədə bəyanatları ilə açıq-aşkar ziddiyyət təşkil edir.

Pezeşkian "İranın rəvayətçiləri" adlanan tədbirdə ölkənin müharibə vəziyyətinə keçməli olduğunu vurğulayaraq deyib: "230 milyon kubmetrlik qaz obyektimizi, elektrik stansiyalarımızı, neft-kimya müəssisələrimizi və poladəritmə zavodunu vurublar. Heç bir problemimizin olmadığını və düşmənin məhv olmaq üzrə olduğunu iddia etmək düzgün deyil".

Pezeşkian dürüst narrativ quruculuğu adlandırdığı yanaşmanı müdafiə edərək əlavə edib ki, cəmiyyətə yalan məlumat ötürən şəxs, əslində, şeytanın təsirinə düşüb. O, vəziyyəti normal və ya inkişaf edən kimi göstərən narrativləri rədd edərək deyib: "Düşmənin məhv olmaq üzrə olduğunu, bizim isə çiçəkləndiyimizi söyləmək olmaz. Onların problemi var, bizim də problemimiz var".

Bu açıqlamalar bəzi İslam Respublikası rəsmilərinin və hərbi-təhlükəsizlik qurumlarına yaxın medianın son müharibə zamanı, əsasən, ABŞ və İsrailin uğursuzluğunu və hərbi zərbələrin İrana təsirsizliyini vurğuladığı bir vaxtda səsləndirilib. Təsadüfi deyil ki, İran Ali Milli Təhlükəsizlik Şurasına yaxın "Nur-nyus" saytı prezidentin çıxışı barədə yazısını "Pezeşkianın səhv mesajın yayılmasından gileyi" başlığı ilə təqdim edib və onun emosional siyasəti tənqid etdiyini qabardıb. O da maraqlıdır ki, "Mehr" informasiya agentliyi Pezeşkianın sözügedən tədbirə gözlənilmədən qatıldığını bildirib", - deyə materialda qeyd olunur.





Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap