Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Çin diqqət İran üzərində olarkən adanı ələ keçirdi - “Forbes“

Tarix 12.04.26, 16:48

Font ölçüsü : - / +
bitmap-img6

 
Dünya liderlərinin diqqəti Fars körfəzindəki hadisələrə yönəldiyi bir vaxtda, Çin Cənubi Çin dənizində faktiki olaraq yeni ərazi əldə edib. 

"Forbes” nəşrinin məlumatına görə, Pekin Vyetnamdan 400 kilometr məsafədə süni ada inşa edib.

Bildirilir ki, Çin torpaqdoldurma gəmiləri yüksək sürətlə işləyərək "Antelope” rifini quru əraziyə çevirib. Nəşr Pekinin bu addımını "hüquqi müharibə” kimi qiymətləndirir və bunun açıq şəkildə hərbi ssenarilərin sınağı olduğunu qeyd edir.

Məlumata əsasən, Vyetnamın ilk ciddi etirazı yalnız 2026-cı ilin mart ayında – dibdərinləşdirmə işlərinin başlanmasından beş aydan çox vaxt keçdikdən sonra səsləndirilib.

Çin bu ərazinin ələ keçirilməsini dəniz hüququnun özünəməxsus şərhi ilə əsaslandırmağa çalışır. "Forbes” bunu qanunsuz sayır. Qeyd olunur ki, BMT Konvensiyasına görə, obyektin statusu onun meliorasiya işlərindən əvvəlki vəziyyəti ilə müəyyən edilir və sonradan aparılan tikinti Çin üçün ətraf resurslara avtomatik hüquq yaratmır.

Peyk görüntüləri yeni adada 50-dən çox tikilinin və təxminən 2700 metr uzunluğunda uçuş-enmə zolağının mövcudluğunu təsdiqləyir. Ekspertlərin fikrincə, bu, Tayvan ətrafında mümkün münaqişə zamanı Çinə ciddi üstünlük verə bilər. Rəsmi Pekin isə ittihamları rədd edir.

Çin Xarici İşlər Nazirliyi 23 mart tarixində bildirib: "Öz ərazimizdə aparılan zəruri tikinti işləri adalarda yaşayış və iş şəraitinin yaxşılaşdırılmasına, həmçinin yerli iqtisadiyyatın inkişafına yönəlib”.

Həmçinin qeyd olunur ki, yeni baza Çinin sualtı qayıq bazasından cəmi 300 kilometr məsafədə yerləşir ki, bu da ABŞ-ın kəşfiyyat fəaliyyətlərinin qarşısını daha effektiv şəkildə almağa imkan verə bilər.

Mənbə xatırladır ki, oxşar fəaliyyətlər 2016-cı ildə beynəlxalq arbitraj tərəfindən qanunsuz elan edilib. Lakin Pekin həmin qərarı "kağız parçası” kimi qiymətləndirib.



Xəbərin oxunma sayı : 196




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap