Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər

Tarix 12.04.26, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Parkinson xəstəliyi adətən əllərdə titrəmə, hərəkətlərin ləngiməsi, müvazinətin itməsi və yeriməyin çətinləşməsi kimi əsas simptomlarla tanınır. Bununla belə, bu xəstəliyin çox vaxt diqqətdən yayınan spesifik əlamətləri də mövcuddur. Həmin göstəricilərdən biri xəstənin yatarkən başını yataqdan aralı saxlaması ilə özünü göstərən "hava yastığı" sindromudur.

Bu barədə Piroqov adına Universitetin Nevrologiya kafedrasının dosenti, həkim-nevroloq İnna Filatova "Gazeta.Ru" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, sözügedən xəstəlik beyində "alfa-sinuklein" adlı zülalın anormal şəkildə yığılması nəticəsində inkişaf edir. Bu patoloji proses sinir hüceyrələrinin zədələnməsinə səbəb olur və tədricən bütün sinir sistemini əhatə edir. Nəticədə dopamin ifraz edən neyronların yavaş-yavaş məhvi baş verir.

Həkim qeyd edib ki, xəstəliyin gedişində yalnız dopamin deyil, eyni zamanda oreksin, asetilxolin, norepinefrin və serotonin kimi vacib neyrotransmitterlərin çatışmazlığı da müşahidə olunur. Bu defisit hərəkət məhdudiyyətləri ilə yanaşı, vegetativ, psixoloji və yuxu pozuntularına da zəmin yaradır.

Vaxt keçdikcə beyində baş verən dəyişikliklər insanın öz bədəni üzərində nəzarəti itirməsi ilə nəticələnir. İlkin mərhələdə xəstələr dəqiq motorika tələb edən işləri yerinə yetirməkdə çətinlik çəkirlər, dopamin səviyyəsi azaldıqca isə əlamətlər daha da kəskinləşir.

İ.Filatova əlavə edib ki, parkinsonizm həm də zəif və monotondanışıq tərzi, hərəkətsizlik, eləcə də üz mimikalarının itməsi ilə xarakterizə olunur. Pasiyentlərin gözləri çox vaxt bir nöqtəyə zillənmiş vəziyyətdə olur, göz qırpma sayı isə kəskin şəkildə azalır. İnsanın qaməti önə doğru əyilir, qollar isə dirsəkdən bükülü vəziyyətdə bədənə yaxın qalır.

Bəzi hallarda xəstələr çarpayıda uzanarkən başlarını yastıqdan aralı, havada saxlayırlar. Bu hal tibb elmində "hava yastığı" əlaməti adlandırılır.



Xəbərin oxunma sayı : 1012




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap